backend

Azərbaycanda insan tərəfindən heyvana zülm edildi

Azərbaycanda insan tərəfindən heyvana zülm edildi

“Novxanıya bağa aparıram”.

Yer üzünün ən vəhşi məxluqunun insan olması fikri çoxlarını qıcıqlandırır. Lakin son günlər insanlar tərəfindən dilsiz-ağızsız heyvanlara edilən vəhşilikər bu fikri bir daha təsdiqləyir.

qaynarxett.az xəbər verir ki, Milli.az-ın əməkdaşı ötən gün növbəti insan vəhşiliyinin şahidi olub.

Saray yolunda bir nəfər iti maşının arxasına bağlayaraq aparır. İsti havada it maşının sürətinə davam gətirməyərək az qala canını tapşırır. Saytın əməkdaşı həmin şəxsə yaxınlaşaraq itə niyə belə zülm etdiyinin səbəbini soruşanda “Novxanıya bağa aparıram” cavabını eşidib.

Həmin şəxs bağının keşikçisini - həyətini, mülkünü, özünü, ailəsini qorumağı etibar etdiyi iti bu hala salır, maşınında onu aparmağı ona rəva bilmir. Hər addımda günahsızlıqdan, mərhəmətdən danışan insanlar heyvanların gözlərindəki günahsızlığı nədənsə görmürlər. Sahibinə qarşı həmişə sədaqəti ilə seçilən canlıdan belə vəhşilikdən sonra etibar gözləməyin özü insanlığa sığmır.