backend

Deputat “pul xərçənginə” yoluxub: Kamaləddin Qafarov Onkologiya Mərkəzini çapır - Qiymətlər

Deputat “pul xərçənginə” yoluxub: Kamaləddin Qafarov Onkologiya Mərkəzini çapır - Qiymətlər
















Milli Onkologiya Mərkəzi pul xərçənginə yoluxub

Politika.Az-a yazan bir qrup vətəndaş bu şəraitin yaranmasında səhiyyə naziri Oqtay Şirəliyevlə deputat Kamaləddin Qafarovu suçlayır.

Onların sözlərinə görə, Onkoloji Mərkəzin rəhbəri Cəmil Əliyevlə müavini Kəmaləddin Qafarov onkoloji xəstələr üçün manatın məzənnəsinə uyğun xidmət edir.

Həyatda yaşamaq ümidi itirilmiş bu xəstələrin kimyaterapiyası 300-400 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.

Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutulmuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.

Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir. Səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır.

Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir.

Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. K.Qafarov isə tibb ocağını necə idarə edirsə, seçicilərinə də qarşı elə millət vəkilidir.

9 saylı Binəqədi ikinci seçki dairəsindən mandat sahibi olan Kəmaləddin Qafarovun səsi ümumiyyətlə gəlmir.

Binəqədinin digər deputatlarının heç olmasa tamam başqa məsələlərlə bağlı mətbuatda açıqlamaları, müsahibələri görünsə də, K.Qafarovun iz-tozuna burda da rast gəlmək olmur.

Dünyanın ən məşhur axtarış sistemi olan "Google”də "Kəmaləddin Qafarov” adını yazdığımız zaman çox az sayda nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri ərəfəsinə təsadüf edir.