backend

Azərbaycan arxeoloqlarının qızıl tapıntıları

Azərbaycan arxeoloqlarının qızıl tapıntıları

Artefaktların arasında qızıl buğa da var.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu bu gün son zamanların ən mühüm arxeoloji tapıntısını təqdim edib. Onların arasında qızıl buğa da (daha dəqiq başı) olub.

qaynarxett.az Abc.az-a istinadən xəbər verir ki, təqdimatda AMEA-nın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransız milli tədqiqat mərkəzinin rəhbərliyi iştirak edib.

“Dəyərli artefaktların milli və dünya arxeologiya elmi üçün böyük əhəmiyyəti var. Onların bir hissəsinin strateji mənası var”, - məlumatda deyilir.

Arxeoloqların işini AMEA-nın prezidenti Akif Əlizadə yüksək qiymətləndirib.