backend

“Zakir Fərəcov bizi danlayar” … Abşeronun icra başçı nədən ehtiyyat edir?

“Zakir Fərəcov bizi danlayar” … Abşeronun icra başçı nədən ehtiyyat edir?













Abşeron rayon icra hakimiyyətinin icra başçısı kimdir? Zakir Fərəcov - yoxsa İradə Gülməmmədova? Təbii ki, belə bir sualı elə belə vermədik. Ümumiyyətlə, Zakir Fərəcovdan sonra müavini İradə Gülməmmədovanın Abşeron rayonuna başçı təyinatı çox söz dedi

İndi baş verənlər bir daha təsdiqləyir ki, Z.Fərəcov hələ də Abşerondadır, sadəcə qeyri-rəsmi? İradə Gülməmmədova da Fərəcovun nəzarəti altındadır?

Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin edilməsinə baxmayaraq hələ də Abşerona nəzarət etməsi ilə bağlı müxtəlif məlumatlar dolaşmaqdadır. Hətta icra hakimiyyətində çalışanlar indi də Fərəcov hökmündən çəkinir. Maraqlıdır, bəs prezidentin sərəncamı ilə icra başçısı təyin olunan İradə Gülməmmədova necə, yenəmi Zakir Fərəcovdan ehtiyyat edir?

Bu günlərdə Bizimxeber.az-a daxil olan məlumata görə, İradə Gülməmmədovanın rəhbərliyi altında Abşeron rayon icra hakimiyyətində toplantı keçirilib.

Rayondakı problemlər və diğər məsələlər müzakirə olunub. Toplantının sonunda İradə Gülməmmədovanın dedikləri hər kəsdə təəccüb doğurub.

İradə Gülməmmədova iclasda bildirib ki, yuxarılar onların fəaliyyətindən razı deyillər:

“Belə davam edəriksə yenə Zakir Fərəcov bizi danlayacaq. Odur ki, işimizdə diqqətli olmalıyıq ki, danlanmayaq”.

Maraqlı sözdür! Zakir Fərəcov bizi danlayacaq… Əcəba Zakir Fərəcovu da prezident təyin edib, İradə Gülməmmədovanı da. O zaman Zakir Fərəcov niyə danlasın?

Biri Sumqayıtın icra başçısı, diğəri də Abşeronun.

Bu arada yada keçmiş nazir Əli Abbasovun sözləri düşür: “Eldar Mahmuovdan qorxdum”. Şok açıqlamadır əslində. Bir başa prezidentə çıxmaq, sözünü demək səlahiyyətlərində olan bir nazir neçə qorxa bilər? İndi də, İradə Gülməmmədova ola-ola Abşeronu Zakir Fərəcov neçə idarə edə bilər? Belə çıxır ki, Zakir Fərəcov iki rayonun icra başçısıdır – Sumqayıt və Abşeron. Daha bundan böyük vəzifəni nəyinə lazımdı?

Məlumat üçün bildirək ki, indi Abşeronu Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcov idarə edir. Daha doğrusu, Elgiz Fərəcovun dediyi söz son sözdür.
Yaxın günlərdə daha maraqlı faktları oxuya biləcəksiniz…(bizimxeber.az)