backend

Bakıda “avtoş qardaşlar” qanlarına qəltan oldular

Bakıda “avtoş qardaşlar” qanlarına qəltan oldular

“07” rallisi qanla sona çatdı.

Sentyabr ayının 4-də Bakının Xəzər rayonunda soyuq silah tətbiq edilən insident baş verib.

Buzovna qəsəbəsində “Sərin Məkan” restoranı qarşısında Səidcəlal və Zeynal Rəvnixanov qardaşları yaralanıb.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon Polis İdarəsindən bildiriblər.

Bildirilib ki, qardaşlara bıçaq zərbələrini, yerli sakin 1993-cü il təvəllüdlü Ehtiram Həşimov vurub. Hal-hazırda adıçəkilən şəxs saxlanılıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, münaqişənin başlama səbəbi saxlanılan şəxsin qardaşlara avtomobillərini sürətlə idarə edərək yol-nəqliyyat hadisəsinin yaranmasına şərait yaratmalarına dair xəbərdarlıq etməsi olub.

Bu xəbərdarlıq qardaşların xoşuna gəlməyib və onlar Həşimovla münasibətlərini aydınlaşdırmaq istəyiblər. Həşimov iki nəfərlə bacara bilməyəcəyini anladığı üçün bıçağı işə salıb.

Məlumata əsasən Həşimov, qardaşlardan birini qarnından, digərini isə sinəsindən yaralayıb. Fakt üzrə istintaq davam edir.