backend

Tarif Şurasından avtobus qiymətləri ilə bağlı daha bir – AÇIQLAMA

Tarif Şurasından avtobus qiymətləri ilə bağlı daha bir – AÇIQLAMA





















Bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Tarif (qiymət) Şurası avtobuslarda qiymət artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

TŞ-dən Qafqazinfo-ya daxil olan məlumatda bildirilir ki, son günlərdə sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil,Qaynarxətt.info xəbər verir.

Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 sentyabr 2014-cü il tarixində keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib, Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib.

Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gedişhaqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gedişhaqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb