backend

Son dəqiqə!!! TÜRKİYƏ BİR-BİRİNƏ QARIŞDI - 6.3 bal gücündə ZƏLZƏLƏ — Ölənlər və yaralananlar var

Son dəqiqə!!! TÜRKİYƏ BİR-BİRİNƏ QARIŞDI -  6.3 bal gücündə ZƏLZƏLƏ — Ölənlər və yaralananlar var

Ölkə.az xəbər verir ki, gecə saatlarında baş verən yeraltı təkanların gücü 6.3 bal olub. Zəlzələ bir çox şəhərdə hiss edilib. Kos adasında iki nəfər həlak olub.

Dərinliyi 10 km olan zəlzələ ocağı dənizdə olub. Kandillidə 6.2 bal gücündə hiss edilən zəlzələ ocağı 5 km dərinlikdə olub. 100 nəfərdən çox vətəndaş xəsarət alıb.

Yunan tərəfi isə zəlzələnin 6.6 bal gücündə olduğunu bildirib. ABŞ geoloji araşdırmalar qurumu isə zəlzələ ocağının Bodrum ətrafı olduğunu bildirib və rixter şkalası üzrə 6.7 bal gücündə olduğunu qeyd edib.

Balkondan tullanan, çölə çıxmağa cəhd edəndə xəsarət alanlar Bodrum dövlət xəstəxanasına yerləşdirilib. Həkimlər xəstəxananın həyətində yaralılara ilkin tibbi yardım göstəriblər.

Zəlzələ Türkiyənin Ege bölgəsində baş verib.