backend

Sumqayıtda yeni zavod açıldı

Sumqayıtda yeni zavod açıldı





















Bütün qurğu və avadanlıqlar yenidən qurulub, yeni operator binası tikilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Sumqayıta səfəri çərçivəsində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun Mütləqləşdirilmiş izopril spirti sahəsinin əsaslı təmirdən sonra istismara verilməsi mərasimində iştirak edib.

qaynarxett.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, ilin əvvəlindən fəaliyyəti dayandırılmış sahədə demək olar, bütün qurğu və avadanlıqlar yenidən qurulmuş, yeni operator binası tikilib.

Bundan başqa sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmlik tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunub, yeni nasos stansiyası inşa edilib, doldurma və boşaltma estakadası quraşdırılıb.

İstehsal prosesinə heç bir xələl gətirmədən aparılan yenidənqurma işləri texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilib, qurğularda izolyasiya və rəngləmə işləri aparıldıqdan sonra sahənin daxili ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaradıb.