backend

13 rayonda qaz problemi olacaq

13 rayonda qaz problemi olacaq






















Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 13:00-dək Nərimanov, saat 17:00-dək Xaçmaz, Xətai və Suraxanı, saat 18:00-dək Zərdab, Lənkəran, Siyəzən, Qaradağ, Şəmkir, Xəzər, Qazax, Gədəbəy, işlər başa çatanadək isə Səbail rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.