backend

SON DƏQIQƏ!!! 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin GÖRÜN HARDAN tapıldı - FOTO

SON DƏQIQƏ!!! 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin GÖRÜN HARDAN tapıldı - FOTO
Bu ilin iyul ayında Bakı şəhərinin Xəzər rayonunda 3 yaşlı oğlu Nurlanla birgə yaşadığı evdən qaçan 22 yaşlı Xanım Quliyeva tapılıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində qadının yeri müəyyən edilib və onun ailəsinə qayıtması təmin edilib. Məlum olub ki, qadın uşağı ilə yaşamaq üçün kirayə ev taparaq orada məskunlaşıbmış.

Qeyd edək ki, gənc qadın ailə münaqişəsi zəminində azyaşlı oğlunu da götürərək evdən getmişdi. O, daha sonra KİV-lə əlaqə saxlayaraq müstəqil yaşaya biləcəyini, işlədiyini və oğluna özünün baxacağını demişdi.