Qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.Anomal istilərin ardınca ara-sıra yağışlar və nəhayət qar. Qəbələyə yay çıxmamış, qış gəlib.
qaynarxett.az Kanal S-yə istinadən bildirir ki, ötən gün dağlara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi sakinlərin böyük marağına səbəb olub.
Rayonun Laza kəndinə qarın düşməsilə havanın temperaturunda kəskin enmə müşahidə olunub. Sinoptiklər temperaturun 8-10 dərəcə aşağı düşdüyünü bildiriblər.
Dağın ətəyində yaşıllıq, arxa fonda ağ örpəyə bürünmüş dağ gözəl mənzərə yaradıb.