backend

“Bank Standard”ın sədr müavini işdən çıxarıldı

“Bank Standard”ın sədr müavini işdən çıxarıldı






















Səlim Krima ərizə yazıb.

“Bank Standard”ın Müşahidə Şurasının 22 sentyabr 2014-cü il tarixli qərarı ilə İdarə Heyətinin sədri Səlim Krimanın tutduğu vəzifədən azad edilib.

qaynarxett.az Marja-ya istinadən xəbər verir ki, bankdan verilən məlumata istinadən xəbər verir ki, Səlim Kriman özünün müraciəti ilə vəzifəsindən azad edilib.

Həmin qərarla Bankın İdarə Heyəti sədrinin səlahiyyətlərinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Samir Tofiq oğlu Rzayevə həvalə olunub.

Samir Rzayev “Renessans” KB-də, “Bank of Baku”da, “Most-Bank Azərbaycan”da, “Bank Standard”da işləyib. O, ilk öncə “Bank Standard”da Baş mühasibin müavini, sonra Biznes prosesləri və İnstitutsional İnkişaf Departamentinin müdiri vəzifələrində çalışıb, 2009-cu ilin avqustundan indiyədək Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edir.

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib.