backend

ULDUZ HƏMİŞƏ GÖZ QAMAŞDIRIR... - Şəfiqə Məmmədova - Rasim Balayev qovğasının şok gizlinləri

ULDUZ HƏMİŞƏ GÖZ QAMAŞDIRIR... - Şəfiqə Məmmədova - Rasim Balayev qovğasının şok gizlinləri

Azərbaycan Kinematoqrafçılar İttifaqı sədri Şəfiqə Məmmədova ilə Rüstəm İbrahimbəyovun rəhbəri olduğu eyni adlı qurumun üzvü, xalq artisti Rasim Balayev qovğası gedir
Palitika.Az xəbər verir ki, iki tanınmış sənət adamının çoxdankı davası yenidən qızışıb.
Vaxtilə R.Balayev Ş.Məmmədova haqda deyirdi: "Şəfiqə Məmmədovanın doqquz evi var. Mənim bir mənzilimi hədəf götürüb. Bu insanlar riyakardırlar".
Onun digər açıqlaması: "Kino bayramını həmişə Mədəniyyət və Turizm Nazirliyi keçirib. Kinematoqrafçılar İttifaqı və ya Şəfiqə Məmmədova kimdir ki, bayram da keçirsin?"
Bu gün aktyorun səhhəti və dərman pulu tapmaması haqda xəbərləri Ş.Məmmədovanın tirajladığı, körüklədiyi iddia olunur.
Çünki aktyor jurnalistin onun adından yalan yazdığını söyləyib. Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib.

Məşhur aktyor bildirib ki, Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı yoxdur:
“Onlarla heç bir əlaqəm yoxdur. Nə deyim? Deyirlər ki, səhhətimlə bağlı mənimlə əlaqə saxlanılıb. Belə bir şey yoxdur, mənə zəng vurmayıblar. Heç onlardan kömək gözləmirəm. Biri var gözləyəsən, kömək umasan. Daha doğrusu, Şəfiqə Məmmədovadan kömək ummuram…”

Ş.Məmmədovun rəhbəri olduğu qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, R. Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil:
“O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda katibidir, hazırda da o vəzifəni daşıyır.
Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olmasından xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb.

Ona “nə köməklik lazımdır edə bilərik” deyilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, “Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur””.
Ə. Vəliyev qeyd edib ki, R. Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır:
Xatırladaq ki, bu günlərdə R. Balayev “Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu” sualına “Yox… istəmirəm də” deyə cavab verib.
Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib.
Məşhur aktyor “Qafqazinfo”ya bildirib ki, Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı yoxdur:
“Onlarla heç bir əlaqəm yoxdur. Nə deyim? Deyirlər ki, səhhətimlə bağlı mənimlə əlaqə saxlanılıb. Belə bir şey yoxdur, mənə zəng vurmayıblar.
Heç onlardan kömək gözləmirəm. Biri var gözləyəsən, kömək umasan. Daha doğrusu, Şəfiqə Məmmədovadan kömək ummuram…”

Qeyd edəkki, sosial şəbəkələrdə görkəmli aktyorumuz əleyhinə yersiz ifadələr, fikirlər səsləndirilir.
Rasim Balayev uzun müddətdir ki, şəkərli diabet, qan təzyiqi və digər xəstəliklərdən əziyyət çəkir. O, bildirib ki, xəstəliklər ayağında fəsadlar yaradıb, yeriyəndə əziyyət çəkir.
Xalq artisti vəziyyəti ilə bağlı hansısa dostuna müraciət etmək fikri olmadığını da vurğulayıb:
“Mən ağlayan adam olmamışam. Acından ölərəm, amma gedib hansısa dostuma ağız açmaram”.

Xatırladaq ki, Rasim Balayev ilk dəfə “Ulduzlar sönmür” filmində kiçik rola çəkilib. “Nəsimi”, “Babək” filmlərində baş rola çəkilərək tamaşaçıların böyük sevgisini qazanıb. O, “Özbəkfilm”, “Mosfilm” və digər studiyalarda da filmlərə çəkilib.
“Şöhrət” ordenli aktyor həm də prezident təqaüdçüsüdür. Uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb.

Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova “Yeni Müsavat”a açıqlama verərək bildirmişdi ki, həmkarının bu cür durumundan xəbərsizdir: “Siz mənə çox ağır bir xəbər verdiniz. Mən bundan tamamilə xəbərsizəm və eşitməmişəm... Amma axı o təqaüd alır...
Bildiyim qədər onun öz pensiyası da çoxdur, eyni zamanda da böyük miqdarda prezident təqaüdü alır. İşləyib-işləmədiyindən xəbərim yoxdur.
Amma ara-sıra filmlərə çəkilir. Təbii ki, onun vəziyyətinin ağır olması xəbəri çox üzücüdür, çox kədərləndim”.

Xalq artisti verdiyi son müsahibəsinin şişirildiyini deyib:
“O sözləri söz məsəli demişəm. Bəzən müsahibə vermədiyim üçün məndən inciyirlər. Bildirim ki, artıq heç kimə müsahibə vermək istəmirəm. Əslində fikrim başqa cür olub.
Jurnalist isə lazım olmayan fikirləri qabardıb. Hazırda normal vəziyyətdəyəm... Övladlarıma mən köməklik edirəm. Hökumətdən də prezident təqaüdü alıram. Yəni hər şey yaxşıdır”.

Qaynarxett.az