backend

Səkkiz rayonun qaz təchizatı məhdudlaşdırılır

Səkkiz rayonun qaz təchizatı məhdudlaşdırılır






















Qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işləri aparılır.

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Kürdəmir, saat 12:00-dan 14:00-dək Abşeron və Samux, saat 14:00-dan 16:00-dək Şəmkir, Sabunçu və İsmayıllı, saat 16:00-dan 18:00-dək Quba, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.