backend

“Gülüstan”ı niyə bağladılar və nədən yenə açdılar?

“Gülüstan”ı niyə bağladılar və nədən yenə açdılar?



















Xaçmazdakı bu əxlaqsılıq yuvasını hansı məmur himayə edir?

Daxili İşlər Naziri Ramil Usubovun göstərişlərinin də bu kafe sahibinə şamil olunmaması Zabil Rəsulovun arxasının böyük adamlara “bağlı” olduğunu göstərir.

Hələ keçən il Xaçmaz rayonunda “Alpançay” çayının sahilində fəaliyyət göstərən “Gülüstan” əxlaqsızlıq yuvası barədə araşdırma apararkən qəribə hadisə ilə üz-üzə qaldıq. Elə təzəcə araşdırmaya başlayırdıq ki, əlində video-aparat birisi bizə yaxınlaşıb çəkməyə başladı. Biz onun kimliyi ilə maraqlandıq. O isə öz işindəydi. Sonradan həmin çəkiliş social şəbəkələrdə yayıldı, bəzi xəbər portallarında nümayiş etdirildi. Açıqca biz jurnalistləri şantaj edirdilər. Biz “Gülüstan” əxlaqsızlıq yuvası barədə davamlı şəkildə çıxış etdik və aidiyyatı qurumlara rəsmi müraciət etdik. Bu yaxınlarda həmin fahişəxana İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aşkar olunub bağlandı. Lakin çox çəkmədi ki, “Gülüstan” yenidən fəaliyyətə başlayıb öz çirkin əməllərini davam etdirir. Bu da özünü obyektin sahibi kimi qələmə verən Zabil Rəsulova qarşı heç bir qanuni tədbirin görülməməsi adamın yüksək çinli məmurlar tərəfindən xüsusi olaraq qorunduğunu açıq aydın ortaya qoyur.

Dünən aldığımız məlumata əsasən cəmisi beş-altı gün bağlı qalan bu obyekt artıq yenə də öz fəaliyətini bərpa edib. Adıçəkilən obyektin kim tərəfindən himayə olunması bilinməsə də, barəsində nəinki heç bir tədbirin görülməməsi, hətta əvvəlkindən də açıq-saçıq işləməsi bir daha sübut edir ki, bu pritonun əsl sahibi rayonda mühüm vəzifə sahiblərindən biridir.

Məlumat üçün deyək ki, bu obyektdə 7-8 nəfər respublikanın müxtəlif yerlərindən gəlmiş qızlar fahişəliklə məşğul olurlar. 15-20 manat müqabilində müştəriyə “xidmət” göstərən bu qızlar hər bir müştəri ilə görüşdükdə kafeni işlədən Zabil Rəsulova 5 manat “otaq pulu” ödəyirlər.Səhər saat 11-12 radələrindən gecə yarısına qədər işləyən bu kafedəki qızlar gün ərzində hərəsi 30-40 müştəri qəbul edir. Bu isə həmin pritonun cəmiyyətimz üçün nə qədər təhlükə kəsb etdiyinin açıq göstəricisidir. Hər gün 30-40 “müştəri” qəbul edən qızların sağlamlığı haqqında danışmaq belə yersizdir. Amma buna baxmayaraq əlaqədar orqanlar bu təhlükəyə göz yummaqda davam edirlər.

Nəzərə alsaq ki, 8 qızın bir gündə Zabil Rəsulova “otaq pulu” adı ilə ödədiyi pul 1600 manata qədər məbləğindədir, onda doğrudan da bu cür “gəlirli” yerin “sahibsiz” qalması heç də ağlabatan deyil. Belə görünür ki, Zabil respublikada çox böyük vəzifəli adamlarla şəxsi münasibətinin olmasını deyəndə haqlı imiş.

Belə görünür ki, Zabil respublikada çox böyük vəzifəli adamlarla şəxsi münasibətinin olmasını deyəndə haqlı imiş.

Onu da qeyd edək ki, bir müddət öncə Daxili İşlər naziri Ramil Usubov Kollegiya iclasında baş idarə, idarə, xidmət və ərazi polis orqanlarının rəislərinə ciddi göstərişlər verərək, kriminogen duruma təsir edən ictimai-siyasi və sosial amillərin vaxtında müəyyən edilməsini, bütün bunlarla əlaqədar adekvat idarəçilik qərarları qəbul olunmasını, hər bir əməkdaşın tapşırılmış sahəyə cavabdehliyinin artırılmasını tapşırıb.

Bu göstərişlərdən sonra da adıçəkilən kafenin fəaliyyət göstərməsi və açıq-aşkar əxlaqsızlıqla məşğul olması kafe sahibinin daha böyük yerdən dəstəkləndiyini göstərir.
Araşdırmamız davam edir.

İbrahim Qarabağlı