backend

Şamaxıdan xəbər var

Şamaxıdan xəbər var














Sakinlər işığa həsrət qalıb

Dəfələrlə yazdıqlarımıza baxmayaraq Şamaxı Paylayıcı Elektrik Şəbəkəsində enerjinin verilməsində olan problemlər hələ də olduğu kimi qalır. Rayonda işıq dirəkləri çox bərbad haldadır. Şəhərin mərkəzi küçələrini nəzərə almasaq, bir çox küçələrdə xəttlər yerlə gedir. Çürük meşə ağaclarından işıq dirəyi kimi istifadə edirlər ki, bu real təhlükə yaradır. Bu barədə rayon sakinləri Şamaxı paylayıcı elektrik şəbəkəsinin müdürü Rəşad müəllimə dəfələrlə müraciət etsələr də, problem həll olunmur ki, olunmur. Rayon sakinlərinin dediyinə görə azyaşlı uşaqları nəzarətsiz buraxmağa qorxurlar. Bu dirəklərin hər an aşmaq ehtimalı var. Hörümçək toruna bənzəyən bu xəttlər bir qurup şamaxılıları cana yığıb. Məhz ona görə küləkli və şaxtalı havalarda rayon sakinləri işıq üzünə həsrət qalırlar.

Kənd məktəblərində acınacaqlı vəziyyət

Eyvaz müəllim rayon təhsil şöbəsinin müdürü vəzifəsinə təyin olunduqdan sonra rayonda təhsil sahəsində azda olsa irəliləyiş olsa da, bəzi kəndlərdə hələ də vəziyyət acınacaqlı olaraq qalır. Kənd məktəblərinin direktorları öz vəzifələrinə laqeid münasibət bəsləyirlər. Məhz bunun nəticəsində rayonun kəndlərindən mərkəzə, kurslara gələn uşaqların sayı günü - gündən artır. Bəzi ucqar kəndlərdə şagirdlərin dərsə davamiyyəti çox zəifdir, jurnalda yazılan qiymətlər və göstərilən qayıblar özü buna bir sübutdur. Kənd məktəblərində riyaziyyat fənnini fizika müəllimi, rəsimxət fənnini rus dili müəllimi və sair tədris edir. Əgər kənd məktəblərində kadr çatışmazlığı varsa nə üçün vakant yer vermirlər? Bunu etməməkdə məktəb direktorlarnın məqsədi nədir? Niyə bir müəllim bir neçə fənni tədris edir?
Suallar çoxdur, cavab verməli olan vəzifəli şəxslər isə susurlar. Bu barədə növbəti yazımızda oxuya bilərsiniz.

Rövşən İnqilab
Şamaxı şəhəri


Şamaxıdan xəbər var

Şamaxıdan xəbər var

Şamaxıdan xəbər var

Şamaxıdan xəbər var

Şamaxıdan xəbər var