backend

Vilyam Hacıyev Heydər Əliyev parkını kommersiya obyektinə çevirib

Vilyam Hacıyev Heydər Əliyev parkını kommersiya obyektinə çevirib













İmişlidə 2.5 hektarlıq park ərazisinin 1.706 hektarının kommersiya məqsədi ilə yaradılmış bir MMC-yə verilib

İmişli rayonundan redaksiyamıza şok məlumat daxil olmuşdur. Bir qrup rayon ziyalılarının imzaladığı məktub müəllifləri əvvəllər Nazirlər kabinetinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Nəqliyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmələrinə baxmayaraq onların səsinin eşidilməməsini bildirir.
Məsələ burasındadır ki, 2006-cı ildən üzü bəri İmişli ziyalılarından bir qrupu İmişli şəhərindəki parklarla bağlı cidi qanun pozuntularına yol verilərək, parkların alqı-satqı predmetinə çevrilməsi, Araz çayının mühafizə zolaqlarında və otlaq sahələrində, üzərindəki körpünün mühafizəzonasında qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi, yeraltı sərvətin talan edilməsi, vəhşi fauna və floranın məhv edilməsi və sair qanunsuzluqlar barədə ərizə, müraciətlər və şikayətlər verib. "2006-cı il tarixdə İmişli MRX-nın qarşısındakı Mədəniyyət və Turizm Nazirliyinin balansında olan parkın 4 hektarını cəmi 2.5 hektar olan H. Əliyev adına parka köçürülməsi, 2 hektarını Qələbə parkı və Şəhidlər Xiyabanı cəmi 1.5 hektar olan sahəyə köçürülməsi və beləliklə, hər iki fəaliyyətdə olan parkın inkar edilməsi, üstəlik, öz adına olan parkda heykəli ucaldılmış Heydər Əliyevin heykəlinin xəritə cizgiyə salınmaması diqqət çəkir. Üstəlik, bu saxtakarlıqdan 2013-cü ildə edilən saxtakarlıq 2.5 hektarlıq park ərazisinin 1.706 hektarının kommersiya məqsədi ilə yaradılmış bir MMC-yə verilməsi, 2006 və 2013-cü ill sərəncamlarının bir-birilərini inkar etməsi, parkda Gənclər Mərkəzi adı altında 30/70 % nisbətində Şadlıq Sarayının fəaliyyət göstərməsi sizin çıxışlarınızla, tövsiyyələrinizlə uzlaşmır, daban-dabana ziddir və korrupsiya mənbəyinin başlanğıcıdır.”

Mövzunu davam etdirəcəyik