backend

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi














Kəmaləddin Heydərov musiqiçi, Ziya Məmmədov çilingər, Rövnəq Abdullayev sürücü, Cahangir Əsgərov alverçi, Artur Rasizadə mexanik olub

Mətbuatda daha çox adı hallanan nazirlərimizin keçmişi yəqin ki, hamınız üçün maraqlıdır. Daha çox gördüyü iş, dövlətə verdiyi xeyir yox, büdcəni necə talaması, hansı yollarla milyardlara sahib olması barədə yazılar yazılan məmurlarımızın sayı isə kifayət qədər çoxdur. Prezidentin şəxsi mühafizəçisindən tutmuş, fövqəladə hallar nazirinə, nəqliyyat nazirinə, şeyxə, AZAL prezidentinə qədər bütün yüksək vəzifəli məmurların təbii ki, bir keçmişi var və onların keçmişdə kim olması, hansı işlə məşğul olmaları diqqətçəkəndir. Öncə başlayaq ölkənin ən varlı məmurlarının ilk beşliyindən.
Qeyd edək ki, bir müddət əvvəl aparılan təqribi hesablamalara görə, bu beşliyin ilk pilləsində 25 milyard dəyərində sərvətlə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ikinci yerdə 12-15 milyardla nəqliyyat naziri Ziya Məmmədov, 3-5-ci yerlərdə isə hər biri 10 milyardla prezidentin şəxsi mühafizəçisi Bəylər Eyyubov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və AZAL prezidenti Cahangir Əsgərov gəlir.

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi
Fövqəladə hallar nazirinin keçmişi ilə bağlı çox yazılıb. Bir daha qeyd etmək maraqlı olar ki, K.Heydərov yeniyetmə yaşlarında musiqi ifaçılığı ilə məşğul olub. Onun Naxçıvanda hətta toylara getdiyi bildirilir. Hazırda "Kamal” ləqəbi ilə musiqilər bəsləyən K.Heydərov keçmişdə gitarada ifa edib. İnsafən "fövqəlnazir”in bəstələdiyi mahnılar günümüzdə ən çox sevilən və dinlənən musiqilərdir.

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi
Ziya Məmmədov Nəqliyyat nazirini hamı maşinist kimi xatırlayır. Həm də tutduğu vəzifəyə çalışdığı sahədə uzun müddət fəaliyyət göstərdikdən sonra gələn Z.Məmmədovun karyerasına da elə maşinist köməkçisi kimi başladığı barədə çox yazılıb. Lakin nəqliyyat naziri ilk əvvəllər çilingər olub. Ziya Məmmədov məhz çilingərlikdən sonra maşinist köməkçisi işləyib. Bir müddət keçdikdən sonra isə maşinist olub.

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi
ARDNŞ rəhbərinin isə əvvəllər sürücü olduğu bildirilir. Onun keçmiş deputat Hüseyn Abdullayevin ("Quska”) sürücüsü işlədiyi bildirilir. "Azadlıq” qəzetində dərc edilən məqalədə qeyd edilir ki, o zaman Rusiya və Ukraynada bizneslə məşğul olan Hüseyn Abdullayev işsiz olan Rövnəq Abdullayevi işə götürüb: "Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Hüseyn Abdullayev ətrafındakı bir çox adamları, o cümlədən Rövnəq Abdullayevi vəzifəyə təyin etdirib. Sürücü Rövnəq Abdullayev əvvəlcə Əzizbəyov Neft-Qazçıxarma İdarəsində mühəndis, sonralar trest rəisi, ”Azneftyağ"ın direktoru, bir müddət sonra isə ARDNŞ-nin prezidenti olub".

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi
Cahangir Əsgərovun əvvəllər alver etdiyi deyilir. AZAL prezidentinin ticarətin hansı növü ilə məşğul olması barədə dəqiq məlumat əldə edə bilməsək də, onun ilk dəfə məhz bu sahədə fəaliyyət göstərdiyi bildirilir.

Hakimiyyətin "qızıl beşliyi"nin keçmişi
Baş nazir Artur Rəsizadə əvvəllər mexanik işləyib. Sonralar mühəndis işləyən baş nazir elə təhsilini də bu istiqamətdə alıb. Qeyd edək ki, A.Rəsizadə Azərbaycan Sənaye İnstitutunun mühəndis-mexanik fakültəsini bitirib.