backend

Özünü Qız Qalasından atan aşpaz: Heç kim yoxluğumu hiss etməyəcək

Özünü Qız Qalasından atan aşpaz: Heç kim yoxluğumu hiss etməyəcək






















Ana oğlunun meyitini tanıyıb.

Özünü Qız Qalasından atan Yuri Qrişayev haqqında bəzi təfərrüatlar məlum olub.

Qeyd edək ki, intihar noyabr ayının 24-də baş verib. Naməlum kişi Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən Qız Qalasından özünü atıb.

Tez bir zamanda həlak olanın kimliyi polis tərəfindən müəyyən edilib. Bu, Abşeron rayon sakini 1983-cü il təvəllüdlü Yuri Qriqoryeviç Qrişayev olub.

Dünən onun anası morqa gələrək oğlunun meyitini tanıyıb.

Müəyyən edilib ki, mərhum Qrişayev Bakı klublarının birində universal-aşpaz işləyirmiş.

Xəbər verilib ki, Qrişayevin atası da 20 il bundan öncə Qanlıgöldə bataraq intihar edib.

Qrişayevin tanışları Oxu.Az-a bildiriblər ki, o, xasiyyətcə qapalı insan olub. Mərhumun sosial şəbəkədə son statusu “Heç kim yoxluğumu hiss etməyəcək” olub.

Mərhumun anası bəyan edib ki, oğlunun heç bir problemi yox idi, 31 yaşlı Y.Qrişayev evli olmayıb.

Xatırladaq ki, intihar faktı ilə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsinə (intihar həddinə çatdırma) görə cinayət işi açılıb, istintaq davam edir.