backend

Xəzər rayon gigiyena və epidemiologiya mərkəzində rüşvətxorluq

Xəzər  rayon gigiyena və epidemiologiya mərkəzində  rüşvətxorluq














Baş həkim Qahir Cəlullayev: “Siz niyə bu işlə məşqul olursunuz, bununla bağlı aidiyyatı orqan var, onlar məşğul olsunlar”

qaynarxett.az-nun elektron poçt ünvanına Xəzər rayon gigiyena və epideomiologiya mərkəzində baş verən qanunsuzluqlar barədə məlumat daxil olub. Məlumatda göstərilir ki, Xəzər rayon gigiyena və epideomiologiya mərkəzinin baş həkimi Qahir Cəlullayev Mərkəzi açıq bazaar çevirib. Məlumatda iddia olunur ki, gigiyena və epidemiologiya mərkəzinin xanım həkimi hər ayın axırında rayon ərazisində olan kənd və qəsəbələrdə yerləşən qəsablardan və mağazalardan pul yığır. Bu xanım həkim qəsablardan 20 azn, mağazalardan isə hər ay 10-15 azn arası pul alır. Məktubda deyilir:

“Hörmətli redaksiya bu məktubu sizə yazmaqda məqsədim biz vətəndaşların əli çatmayan orqanlara şikayətlərimizi çatdırmağınızdır. Xəzər rayon gigiyena və epideomiologiya mərkəzinin həkimləri öz peşə fəaliyyətlərini unudub pul yığmaqla məşqul olurlar. Bizim yaşadığımız Binə qəsəbəsi Savxoz ərazisində yerləşən ət dükanlarında və mağazalarda gigiyena qaydalarına riayət olunmur. Buna nəzarət etməli olan Xəzər rayon gigiyena və epideomiologiya mərkəzinin həkimləri burda baş verənlərə rüşvət qarşılığında göz yummaqla ölkənin qida təhlükəsizliyinə ciddi təhlükə yaradırlar. Keçən ayın axırları bir xanım qəssablardan və mağazalardan pul yığırdı. Qəssaba və mağaza sahibəsinə bu kimdi? deyə sual verdikdə: həkimdi hər ay gəlib pulunu alır, deyə cavab Verdi. Nə qədər verirsiniz sualını isə o, belə cavablandırdı: Qəssab mən 20 manat, mağaza sahibəsi isə hər ay 10-15 manat verirəm, dedi. Mənim bildiyim qədəriylə vətəndaşların sağlamlıq hüquqlarını pozmaq cinayət hesab olunur. Cinayətə göz yunmağın cinayət hesab olunub - olunmadığını və verdiyim məlumatı dərc edib ictimailəşdirməklə bu məsələni aidiyyatı orqanlara çatdırılmasına köməklik göstərmənizi xahiş edirəm”.

Məktubda yazılanlarla bağlı Xəzər rayon gigiyena və epideomiologiya mərkəzinin baş həkimi Qahir Cəlullayevlə telefon əlaqəsi yaradıb məlumatla bağlı araşdırma aparmağa çalışdıq. Qahir Cəlullayevin cavabı isə qəribə oldu:

-Siz niyə bu işlə məşqul olursunuz, bununla bağlı aidiyyatı orqan var, onlar məşğul olsunlar.

Və bununla da sözünü bitirməyən, bizə Korrupsiya ilə Mübarizə İdarəsinin adıyla hədə - qorxu gələrək, rüşvətxorun kim olduğunu unudan Xəzər rayon gigiyena və epideomiologiya mərkəzinin baş həkimi Qahir Cəlullayev öz işində olduğu kimi, deyəsən, Azərbaycan Respublikası Konustitusiyasından da xəbərsizdi.

P.S: Hörmətli Qahir Cəlullayev, Sizdən vaxt tapıb KİV haqqında qanunun 8-ci maddəsini və Cinayət məcəlləsinin 163.1, 163.2 və 312-ci maddə və bəndlərini oxumağınızı xahiş edirik. Bizsə öz peşə vəzifəmizi davam etdirib, mövzunu sona qədər diqqət mərkəzində saxlayacağıq.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəzər  rayon gigiyena və epidemiologiya mərkəzində  rüşvətxorluq