backend

Əbülfəz Elçibəy Turqut Özala nəyi irad tutub?

Əbülfəz Elçibəy Turqut Özala nəyi irad tutub?














1990-cı il yanvar hadisələrindən bir müddət sonra Azərbaycan Milli Azadlıq Hərəkatının lideri və gələcək prezident Əbülfəz Elçibəy Türkiyə telekanallarının birinə verdiyi müsahibəsində maraqlı məqamlara toxunur

O zamankı dövlət başçısı Turqut Özal və Türkiyə hökümətinin 20 yanvar hadisələrinə münasibəti, eləcə də türk ictimaiyyəti və mediasının bu məsələyə necə reaksiya göstərməsi barədə fikirlərini səsləndirir. Bu fikirlərdə özünə yaxın dost hesab etdiyi cumhurbaşqanı Turqut Özala da kiçik bir irad bildirilir.
Elçibəyin 1990-cı ilin qışında Türkiyə telekanalına verdiyi açıqlamadan kiçik bir epizod:
Əbülfəz Elçibəy “yanvar hadisələrinə Türkiyənin münasibəti haqqında nə deyə bilərsiz” sualına bu cür cavab verir:
“Türkiyə ictimaiyyətinin də Bakıdakı yanvar hadisələri ilə əlaqədar nümayişlər, mitinqlər keçirməsi bizə mənəvi dayaqdır. Xarici işlər nazirinin bəyanatı çox gözəl idi, amma Turqut Özalın o cür çıxışı (sünni-şiə məsələsi) və “biz buna qatışmırıq” deməsi çox qəzəb doğurdu. Mən bunu başa düşmədim. Atatarük demişkən, biz əvvəl türkük sonra müsəlmanıq.
“ Müxbir daha sonra Elçibəydən Turqut Özal haqqında fikirlərini bir az dəqiq ifadə etməsini xahiş edir. Elçibəyin isə cavabı belə olur: “Sayın Özal bir qədər tələsib, yəni, məsələnin kökünü araşdırmayıb. Avropa Türkiyəyə qarşı çıxmasın deyə o cür söyləyib ki, birdən türklər haqqında pis fikirləşərlər. Fikirləşib ki, Avropa bu hadisələrlə bağlı necə düşünür. Bu düzgün yanaşma deyil. Turqut Özal və türk hökuməti Azərbaycan haqqında çox az bilir”. Elçibəy daha sonra Türkiyə mətbuatı barəsində də fikirlərini açıq şəkildə bildirir:
“Türk mətbuatı Azərbaycan haqqında heç nə bilmir. Moskvada bir təyyara vurulubsa türk qəzetləri o saat yazır ki, dünya dağılır. Amma Azərbaycanda dünya dağılır, siz isə bu haqda iki cümlə yazırsınız. Bu necə olur əfəndim?! İki ildir ki, 200 minə yaxın Azərbaycan türkü torpaqlarından qovulub. Bir qardaş da qardaşının qovulmasını, evlərinin dağılmasını və yandırılmasını son iki ayda bilər? “