backend

Talıb Məmmədovdan hesab soruşulacaqmı?

Talıb Məmmədovdan hesab soruşulacaqmı?

















Kürdəmirin baş suçusu milyonlara sahib olub

Bu gün Azərbaycan mediasında Kürdəmir rayon icra hakimiyyətinin sabiq başçısı İrşad Əliyev haqqında məlumat yer alıb. Məlumatda deyilir ki, sabiq nazir və icra baçısı haqqında cinayət işi qaldırılmaq üzrədir.
İrşad Əliyevlə bağlı Korrupsiya üzrə Mübarizə idarəsində araşdırmalara başlanıb. Siyahıda İrşad Əlievdən başqa aparatın digər üzvlərinin də yer aldığı yayılan xəbərlər arasındadır. Hətta rayonun baş memarı Sarif Əsgərov artıq həbs olunub. Arzu adlı başqa bir şəxs isə izahatı alınaraq azadlığa buraxılıb.
Yeri gəlmişkən onu da qeyd edim ki, vaxtilə rayonlarda at oynadan bu kiçik padşahların sonu çatanda sanki qeyb olunur. Yəni bu başçılar başını itirdikdən sonra xəlvətcə kənara çəkilərək yığdıqlarını xımır-xımır yeməklə məşğul olurlar. Ancaq deyəsən, daha belə olmayacaq. Hər bir kəsdən dövlətdən oğurladığı milyonların son qəpiyinə qədər hesabı çəıkiləcək. Bu mənada İrşad Əliyev yəqin ki, hesab sorulan son mogikan olmayacaq. İrşad Əliyev təcrübəsi onu göstərir ki, hüquq- mühafizə orqanları bu işlərdə çox barışmazdırlar və heç kəsə güzəştə getməyə hazırlaşmırlar. Amma bir məsələni də qeyd etmək istərdim. Axı İrşad Əliyev rayonu təkcə idarə etmirdi.Onun əli və xeyir-duası ilə rayonda yaxşıca qazanan xırda məmurlar da vardı. Hesab- kitaba vuranda onların qazancı da yüzminləri çoxdan ötüb. Hətta İrşad Əliyevin vaxtında onun vasitəsi ilə çoxlu para qazanıb indiki hakimiyyətə yarınaraq yeni vəzifə alanlar da var. Bəzi köhnələr isə görünür yenilərlə dil tapmağı bacar biliblər. Bu mənada Meliorasiya və Su təsərrüfatı ASC-nin Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədovun da mövqeyini uğurlu saymaq olar. Bu həmin Talıb Məmmədovdur ki, ilin əvvəlində mətbuatda yaş senzini aşmaq üçün 80 min manatın hesabına vəzifədə qaldığı söylənirdi. Həmin məlumatlarda deyilir ki, Talıb Məmmədov təkcə Kürdəmirdə deyil, həmçinin Aran bölgəsində ən varlı şəxslərdən biri hesab olunur. Belə ki, onun təkcə Kürdəmirdə inşa etdirdiyi Şadlıq Sarayının dəyəri 300 min manat civarındadır. Rayondakı stadionun yaxınlığında inşa edilmiş və stadiona maneçilik törədən həmin sarayın işləməsi üçün isə onun razılıq almasına külli miqdarda pul xərclədiyi vurğulanır. verilən məlumatlarda o da vurğulanır ki, Talıb Məmmədov həmin Şadlıq Sarayının ərazisi bir vaxtlar yaşıllıq zolağı olub. Lakin idarə rəisi oradakı ağacları kəsidirmək üçün lazımi razılığı əldə etməyi bacarıb. Qeyd edilir ki, Suvarma Sistemləri İdarəsinin rəisinin əsas himayədarı sırasında əsas sima Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Əşrəf Şükürovdur. Hətta sarayın işləməsi üçün lazım olan razılıqların alınmasını da bu şəxsin həyata keçirdiyi deyilir.
Irşad Əliyevin dönəmində özünü başçıya yaxın adam kimi tanıdaraq sonradan hətta iclaslara belə qatılmağı lüzum bilməyən bu şəxs qısa müddət ərzində xeyli var-dövlət sahibi oldu. Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisinin biznesi təkcə bundan ibarət deyil. Həmçinin onun rayonda 3 marketi, bir neçə müxtəlif dükanları olduğu bildirilir. Məlumatlarda deyilir ki, bu qədər pulu büdcədən ayrılmış vəsaitlərlə yanaşı, həm də bir digər işlərlə qazanmış Talıb Məmmədovun bütün qaranlıq işlərini onun mühasibi işləyən Əflan adlı şəxs həyata keçirir. Ən böyük qazanc yerləri isə idarəyə məxsus texnikanın və onlara avadanlıq və ehtiyat hissələrinin alınmasıdır.
Mənbə bildirir ki, köhnə texnikaları rəngləyib, onları yeni adı ilə sənədləşdirən idarə rəisi, həmçinin bu maşınlarla «xaltura» da edir. Belə ki, günortaya kimi, idarənin qarajında dayanan həmin maşınlar günortadan sonra ayrı-ayrı şəxslərin sifarişi ilə iş başına yollanırlar. Təbii ki, aldıqları pulun böyük qismi də Məmmədova gətirilib verilir. Talıb Məmmədovun yalnız özünə və sabiq başçıya məlum olan qaranlıq və şübhəli tender oyunlarından isə sonrakı yazıda söhbət açacağıq. Əlbəttə, görünən odur ki, indi Talıb Məmmədovdan da, uzun illər rayonun təhsil sahəsini bərbad günə qoymuş sabiq rəis Tacəddin Novruzovdan da hesab sormaq zamanı gəlib.Yazıda adı çəkilən şəxsləri də dinləməyə hazırıq.

A.Muxtaroğlu