backend

Həmzə Ziyadovun "nisyə dəftəri"

Həmzə Ziyadovun "nisyə dəftəri"




















Azərbaycan Maliyyə-İqtisad Kollecində yeni təhsil "metodu" tətbiq edilir?

Qış imtahan semestri yaxınlaşdıqca bir sıra orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində yığım kampaniyasına hazırlıq işləri diqqəti cəlb edir. Baxmayaraq ki, bəzi kollec direktorlarıhələ bir il öncə müəyyən dərəcədə qorxu altında ehtiyatı əldən verməyərək tələbələrdən imtahan haqqı toplanması kampaniyasını müstəsna olaraq yaxın ətrafına aid "seçilmiş" adamlarına həvalə edirdilər. Belə bir vəziyyət deyəsən uzun çəkmədi. Əldə etdiyimiz məlumata görə artıq tələbələrdən yığım işinin reallaşması yeni dövrün tələbləri səviyyəsində aparılmağa başlayıb. Yəni əvvəllər nəğq hesablaşma ilə "işləyən" rüşvət maşını güzəştə gedərək nisyə dəftəri açıb. Oxşar vəziyyəti əldə etdiyimiz məlumata görə Azərbaycan Maliyyə-İqtisad kollecində müşahidə etmək mümkündür. Kollecin direktoru Həmzə Ziyadov elmə və elmi adlara həvəsli mütəxəssislərdən sayılır. Necə olmasa,rəhbər vəzifələrə boyu biçilmiş tanınmış pedaqoji kadrlarımızın uğuruna sevinmək hər birimizin ovqatını müəyyən dərəcədə pozitiv məqamlara kökləyir. Bu mənada Həmzə müəllimi həmişə alqışlayanlardan olmuşuq. Bu dəfə də ölkənin tanınmış və əsas orta ixtisas təhsili ocağının rəhbərini tətbiq edilmiş yeniliklərə, qabaqcıl təcrübəyə görə həmkarlarına nümunə göstərmək istərdik. Fikir verin başqa kolleclərdə tələbənin az qala dərisini soymağa hazır görünən müəllimlər Maliyyə-İqtisad kollecində xeyli fərqli siyasət aparmaqdadır.
Kollecin birinci kurslarında təhsil almağa başlamış tələbələrin təbii ki, qarşıdakı imtahanlardan keçə bilməməsi qorxusu var. Bu xofun bilərəkdən yaradılması qənaətində deyilik. Çünki zarafat deyil, tələbə başına hissə-hissə 300 manat verib mümkün və real təhlükədən qurtulmaq asan gəlməsin sizlərə. Həm də, bu məbləğin güzəştli şərtləri paketinə hansı kateqoriya valideynlərin sahib olması məsələsi də təqdirəlayiq haldır. İmkansızlığın üzü qara olsun. Nə yaxşı ki, kollecdə imkansız valideynlərə əıavə ödəniş üçün "baba boyu" verilir. Nəzərə alsaq ki, tələbələrin əksəriyyətini gənc qızlar təşkil edir, valideynlərin nə çəkdiyini təsəvvürə gətirmək bir o qədər çətin deyil. Halal olsun belə təhsil metodlarını ortaya qoyanlar.
Məlumat üçün bildiririk ki, Bakı Maliyyə İqtisadi Kollecində Mühasibat uçotu, Maliyyə işi, Bank işi, Vergi və Vergitutma, Sığorta, Statistika, Gömrük işi ixtisasları üzrə 1500-ə yaxın tələbə təhsil alır. Onların 1000 nəfəri əyani şöbədə, 500 nəfərə yaxın tələbə isə qiyabi şöbədə təhsil alır. Kollecdə 130 müəllim işləyir.