backend

Xarici jurnalistlər Dağlıq Qarabağdan çıxırlar

Xarici jurnalistlər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk edirlər.
"Ölkə.Az" xarici mətbuata istinadən xəbər verir ki, onlar  tez-tələsik ərazidən uzaqlaşmağa çalışırlar.
Məlumata görə, Ermənistan hakimiyyəti onları Gorus şəhərinə yerləşdirmək istəyir. Rəsmi Yerevan orada xarici jurnalistlər üçün mətbuat mərkəzi təşkil edəcəyinə söz verib.