backend

Ermənistanda bir gündə 31 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin surətdə artmaqda davam edir.
“Ölkə.Az” “aysor.am”a istinadən xəbər verir ki, son bir gün ərzində Ermənistanda 1520 nəfər koronavirus (COVİD-19) epidemiyasına yoluxması nəticəsində virusa yoluxanların sayı  121 979 nəfərə yüksəlib.
 
Son bir gündə isə koronavirusdan isə 31 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı  1870 nəfərə yüksəlib.
 
Hazırda Ermənistanda 31 243 nəfər koronavirus xəstəsi var.