backend

Şamaxı Telefon Qovşağında inanılmaz olaylar

Şamaxı Telefon Qovşağında inanılmaz olaylar














Redaksiyamızın elektron poçtuna şıkayət ərizəsi daxil olub

Şamaxı rayon telefon qovşağının kollektivi tərəfindən göndərilən məktubda ilginc faktlar yer alıb. "Şamaxı rayon T.K.Q-də neçə illərdir ki, həmin idarənin müdiri Faiq Hümbətovun cinayətkar əməlləri davam edir. F.Hümbətov idarənin dörd yüz min manata qədər vəsaitini qanunsuz yollarla mənimsəmişdir. Belə ki, idarənin DSMF-yə, vergi idarəsinə və digər təşkilatlara köçürməli olduğu pullar mənimsənilib. Hətta işçilərdən tutulan gəlir vergiləri də mənimsənilmişdir"- deyə məktubda bildirilir. İki ildir ki, idarənin bank hesablarının bağlandığını bildirən şikayətçilər daha sonra redaksiyamıza yazır: "İşçilərə verilməli olan rüblük mükafatlar, müalicə xərcləri və 13-cü əmək haqları mənimsənilir. İşçilər hər ay 90 min manata qədər vəsait toplanmasına baxmayaraq, 3 aydan bir əmək haqqı alırlar. İdarənin 30-40 nəfərə yaxın gizli işçiləri var. Son bir ayda 10 nəfərə yaxın işçi işə qəbul olunub. Hümbətovun Qobustan rayonunda "Diri Baba” adlı şirkəti vardır.
O, saxta sənədlər tərtib etməklə idarənin vəsaitini həmin təşkilata köçürür və pullar oradan mənimsənilərək götürülür. Bu yaxınlarda Quşçu kəndinə yeni kabel xətti çəkilməli idi. Həmin 20 km xətt satılaraq Hümbətov tərəfindən mənimsənilmişdir. Çıraqlı kəndinə çəkilən kabel xətti xüsusi briqada tərəfindən çəkilməli idi. Hümbətov həmin xətti öz işçilərinə çəkdirərək, onun üçün ayrılmış külli miqdarda vəısaiti mənimsəmişdir.
İdarədə 2 əmək haqqı vedomostu var ki, bunlardan birinə yaxın işçiləri qol çəkib pul götürür, digəri isə kartaburaxılır. İdarənin toplanan pulları inkasator vasitəsi ilə banka göndərilməli olduğu halda, qeyri-qanuni kassir ştatı fəaliyyət göstərir. Hümbətov birmənalı şəkildə məişət pozğunudur. Iş otağına fahişə qadınlar gətirir, spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə işə gəlir.
Bu məsələlərin təcili olaraq yoxlanılmasını və qanunamüvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirik".