backend

Lerik sakini yaxınlarını qətlə yetirib özünü də öldürdü

Lerik sakini yaxınlarını qətlə yetirib özünü də öldürdü
























Səbəblərlə bağlı heç bir açıqlama verilmir

Azərbaycanın Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi məlumata əsasən, hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni, həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib və daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.