backend

Kalaçev: “Bakıyla Moskva heç vaxt müttəfiq olmayacaq”

Kalaçev: “Bakıyla Moskva heç vaxt müttəfiq olmayacaq”





















“Əslində Azərbaycan xarici siyasətində özünün düşünülmüş və konkret maraqlarını güdür”

Bu sözləri rusiyalı politoloq Konstantin Kalaçev söyləyib. O, Ukrayna hadisələrinin Azərbaycan üçün yeni imkanlar açdığını bildirib:

“Məncə, Azərbaycanın siyasəti həqiqətən balanslıdır. Doğrudur, son vədələr Azərbaycanla Rusiya arasında münasibətlərdə istiləşmə var, amma bunun tərəfdaşlıqdan müttəfiqliyə keçməsi sadəcə boş arzularla yaşamaqdan başqa bir şey deyil. Bəziləri Azərbaycanın siyasətinin Rusiyaya istiqamətləndiyini deyə bilərlər. Amma əslində Azərbaycan xarici siyasətində özünün düşünülmüş və konkret maraqlarını güdür. Digər tərəfdən isə Rusiyanın Ermənistanın xeyrinə Qarabağ konflikti zamanı hərəkətə keçəcəyinə hazır olmasını düşünmək də doğru deyil. Rusiya və Azərbaycan tərəfdaşdır, Rusiyayla Ermənistan isə müttəfiqdir. Ukrayna hadisələri Azərbaycan üçün Rusiyadan enerji asılılığını zəiflətmək istəyən ölkələrlə yeni qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Diversifikasiya mövzusu indi bütün tərəflər arasında dəbdir. Azərbaycana Rusiya ilə tərəfdaşlıq münasibətlərinin olması olmamasından daha sərfəlidir. Postsovet məkanında dövlətlərə münasibətdə əsas problem onların həddən artıq şəxsləşdirilməsidir. Yəni bu münasibətlər konkret olaraq hansısa şəxslərə söykənir. İstərdim ki, münasibətlər sistemi təkcə simpatiya və ya antipatiyaya yox, həm də obyektiv maraq və mənfəətlərə yönəlsin”.