backend

Fazil Mustafadan bahalaşmaya ETİRAZ

"Sahibkara istənilən səviyyədə yardım etmək mümkün deyil. Dünyanın hər yerində idman kompleksləri açıqdır. Ancaq ölkəmizdə idman zalları bağlıdır. Halbuki, idman zallarında o qədər də çox adam olmur".
Bunu parlametin iclasında çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat ölkədəki qiymət artımının iş yerləri bağlı olan insanların həyatına mənfi təsir etdiyini vurğulayıb:

"Ərzaqlarin qiyməti qalxıb. Bahalaşma hər sahədə müşahidə olunur. Aydın məsələdir ki, hamımız koronavirusa yoluxaraq prosesə getdik. Yüzlərlə insanın taleyini işin axarına buraxa bilmərik. Hər halda bağlı yerləri açmaq lazımdır".