backend

«TƏFƏKKÜR»ÜN REKTORUNU İLHAM PİRMƏMMƏDOV NECƏ QORUYUR?

«TƏFƏKKÜR»ÜN REKTORUNU İLHAM PİRMƏMMƏDOV NECƏ QORUYUR?

















Bir müddət əvvəl «Təfəkkür» Universitetinin rektoru Müşfiq Atakişiyevlə bağlı mətbuatda ilginc informasiyalar yayılmışdı

GUNDEMİNFO.AZ həmin məlumatları yayımlamış və ardından adıçəkilən ali təhsil ocağının mətbuat xidmətinin yolladığı təkzib mövqeyini də yayımlamışdı. Qeyd edək ki, məlum informasiyada ali təhsil ocağının şəriklərindən biri kimi özünü təqdim edən Riyad Əliyevin «Təfəkkür»lə heç bir əlaqələrinin olmadığı söylənilirdi. Hətta təkzib müraciətində yazılırdı ki, Riyad Əliyevlə bağlı məhkəməyə müraciət olunub. Yasamal rayon Məhkəməsində rektor Müşfiq Atakişiyevin idiası ilə başlanan cinayət işi isə hələ ki, icraata yönəlməyib. Universitetdən daxil olan təkzib məktubunda arayış verilirdi ki, cinayət işində adıçəkilən avabdeh tərəf Riyad Əliyev ölkə hüdudlarından kənardadır. Və böyük ehtimalla onun barəsində axtarış elan ediləcək. Eyni zamanda «Təfəkkür»ün yolladığı təkzib məktubunda bildirilirdi ki, Riyad Əliyevin ali təhsil ocağı ilə heç bir əlaqəsi yoxdur.

Lakin qarşı tərəfin redaksiyamıza faktlarla məlumat təqdim etməsi o qədər də yubanmadı. R.Əliyevin bizə təqdim etdiyi məlumatlar arasında həm də bir foto var idi.

Bu fotodakı adamlar birbaşa olaraq Müşfiq Atakişiyevin yaxınlarıdır. Riyad Əliyev göndərdiyi fotodakı adamların kimliklərini açımaqla «Təfəkkür»dən yayılan təkzib məktubunda «Riyad Əliyevi tanımırıq, onun universitetlə heç bir əlaqəsi yoxdur» cümləsinə cavab kimi qoyulur.


«TƏFƏKKÜR»ÜN REKTORUNU İLHAM PİRMƏMMƏDOV NECƏ QORUYUR?

Foto üçün arayış:

- Göndərdiyim bu fotoda mən ortadayam (Riyad Əliyev). Eynəkdə olan şəxs Kooperasiya Universitetinin tədris müdiri Mirzə Məmmədovdur. Qırmızı qalstukda olan şəxs isə Müşfiq Atakişiyevin dayısı oğlu, «Təfəkkür» Universitetinin sabiq təsərrüfat işləri üzrə prorektoru, universitetin Kiyev filalının müavini Rövşən Məmmədovdu.

Riyad Əliyev iddia edir ki, M.Atakişiyev bir qrup tələbəni Ukraynaya, Kiyevə yollayıb və sonradan filalın vasitəsilə Bakıya «perevod» edib. R.Əliyev iddia edir ki, bu «perevod» məsələsində onlar Təhsil Nazirliyi ilə razılığa gələ biliblər və bu işdə nazirin müşaviri İlham Pirməmmədov yaxından iştirak edib. Məlumatda bildirilir ki, bir qrup tələbə bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələri kimi rəsmiləşdirilib və «perevod» olunub.

Tələbə köçürmələri ilə bağlı İlham Pirməmmədovla yanaşı, İlyar, Nazakət Hacıyevanın da adları çəkilir.

Riyad Əliyev iddia edir ki, onun barəsində Yasamal Rayon Məhkəməsinə edilən şikayətə də İlham Pirməmmədovun qardaşı Həsrət Pirməmmədov (hakim) baxır. Məhz bu faktın da işin obyektiv aparılmayacağına işarə kimi təqdim edir.

Bu faktla bağlı olaraq «Təfəkkür» Universitetinin rektoru Müşfiq Atakişiyevə müraciət etsək də, o bizim müraciətimizi cavablandırmayıb. Bununla belə qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.