backend

Sumqayıtdakı 47 saylı körpələr evi-uşaq bağçasında NƏ BAŞ VERİR...

Sumqaıt səhərində 47 saylı körpələr evi uşaq bağçası ilə bağlı "Qaynarxett.az"ın redaksiyasına məlumat daxil olub.

Məlumatda göstərilir ki, 47 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Əzizova rüşvət müqabilində uşaqları bağçaya götürüb və bu işi "ugurla" davam etdirir. Bildirilir ki, 41 saylı körpələr evi-uşaq bağçasına daxil olanda anlayırsan ki, əslində bağça müdirənin "makler" qanunları ilə idarə olunur: "Uşaqlarını bağçaya qoymaq istəyən valideynlər nə az, nə çox düz 200-300 manatlarından keçib müdirənin cibini doldurmalıdırlar. Övladlarını bağçaya qoymaq istəyən hər bir valideynə müdirənin ilk sözü bu olur: zəhmət olmasa, əlaqə telefonunuzu qoyun, yer olsa biz sizə xəbər edəcəyik!. Valideyn elə süzülə-süzülə müdirənin otağından çıxandan sonra bağçanın həyətində müdirə xanımın əlaltı pul yığanları qəfil sənə yaxınlaşır və sizə bir ümid verir: “400 manat verin mən həll edərəm. 100 mənə çatacaq, qalanı isə müdirəyə".

Uşagını birtəhər pul tapıb baxcaya qoydunmu, İŞ BUNUNLA BİTDİMİ... Əsl həngamə bundan sonra başlayır. Bu barədə NÖVBƏTİ YAZIMIZDA tanış ola bilərsiniz. Həmcinin baxca müdiri Mətanət xanımın burada calışdıgı müddətdə havadarları barədə də məlumat alacaqsınız. Həmcinin onun Sumqayıt İH başcısının müavini ilə NƏ ÜSTÜNDƏ DARTIŞMASI barədə də bəhs edəcəyik. Bizi izləyin!

Redaksiyanın qeydi: Görünür, Sumqaıt səhərindəki 47 saylı körpələr evi uşaq bağçasında boş olan yerləri doldurmaq üçün ya borc-xərc edib tələb olunan pulu verməlisən, yaxud da şəhərin baş gicəlləndirən tıxacında yaşadığın ərazidən 15-20 kilometr aralıda bir bağça tapıb uşağını ora yerləşdirməlisən. Vay o hala ki tapdığın növbəti bağçada da oxşar mənzərənin şahidi olasan.


Ardı var...
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az