backend

Xırdalanda yenə də təbiətə DİVAN TUTURLAR - VİDEO

Qaynarxett.az xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 126 ünvanda geniş bir ərazidə coxmərtəbəli yaşayış binasının özülü qoyulur. Bu obyektdə tikinti işləri aparan təşkilatın rəhbəyliyi nədəncə hec bir yerdə öz tanıtım lövhələrini qoymayıblar. Kimdən soruşduqsa, buranın hansı tikinti təşkilatına aid oldugunu bilmədi,  həttda fəhlələr belə burada iş görən MMC-nin adını bilmədiklərini dedilər. Ən acınacaqlısı odur ki, obyektin daxilində və ətrafında müxtəlif növ agaclara sözün həqiqi mənasında qəsd olunub. Sizə təqdim etdiyimiz video-görüntülərdə bu aydınca görünür. 



Həmcinin obyektdə qaz balonları acıq havada günün altında saxlanılır. Bu nə dərəcədə dogrudur, tikinti işlərinə məsul olan şəxsdən soruşmaq lazımdır. Onu isə "gördüm" deyən yoxdur. Maraqlıdır, görəsən nədən burada tikinti işləri aparan təşkilatın adı gizlin saxlanılır? 




Araşdırmamız davam edir.

Qaynarxett.az