backend

“Pazırık xalısı – rəmzlər dünyası” adlı elmi monoqrafiya ingilis dilində çap olundu

“Pazırık xalısı – rəmzlər dünyası” adlı elmi monoqrafiya ingilis dilində çap olunub.
“Bu kitabın tərcüməsinə və çap olunmasına maddi və mənəvi dəstək göstərdiyinə görə xalqımızın layiqli oğlu, “Mahmud Qaşqari adına Beynəlxalq fondun” prezidenti, millət vəkili, çox hörmətli Cavanşir müəllimə öz adımdan və xalçasevərlər adından dərin təşəkkürümü bildirirəm.

Ona can sağlığı, uzun ömür arzulayıram.”- bu fikirləri saytımıza açıqlamasında kitabın müəllifi Məmmədhüseyn Hüseynov bildirib.
Qeyd edək ki, kitab Dağlıq Altayın Pazırık vadisindəki kurqanlardan birində aşkarlanmış dünyanın ən qədim xalısından hesab edilən”Pazırık ” adlı xalıdan bəhs olunur. Pazırık xalısının tarixiliyi, kompozisiya quruluşu, bədii cəhətləri və rəmzləşmiş mahiyyəti ilə bağlı arasdırmalarım kitabın əsas məzmununu təşkil edir.
“Pazırık” xalısı Türk mədəniyyətinin şah damarında yer alan əvəzsiz sənət nümunəsidir.Onun öyrənilməsi xalçaçılıq sənəti üçün hər zaman aktualdır.