Üçüncü yazı...
Hind, Çin, xristian, islam və. sair sivilizasiyasını qəbul edən dünya, nədənsə, türk sivilizasiyasını qəbul etmək istəmir. Halbu ki, o biri sivilizasiyalar türk sivilizasiyasından fərqli olsalar da, üstün deyil. Bu dünyaya verdiyi fayda baxımından da türk sivilizasiyası onlardan çox irəlidədir. Cavanşir Feyziyev bu kitabında bu məsələyə çox geniş spektrdə aydınlıq gətirib, türk sivilizasiyasının özünə məxsusluğunu elmi şəkildə izah edib, türk sivilizasiyasının funksional keyfiyyətləri, multikulturalizm arenasında türk varlığının yerini, yurdunu dəqiq gpstərib...
Feyziyev yazır ki, türk sivilizasiyası Mərkəzi Asiyanın özək sivilizasiyası olaraq uzaq Şərq istiqamətində Çin və Yapon sivilizasiyaları, Cənub - Şərq istiqamətində Hind sivilizasiyası, Qərb istiqamətində Avropa və slavyan sivilizasiyaları ilə qarşılıqlı münasibətdə olmuş, amma tarixən ayrılıqda onların hər birindən daha çox multikulturalizm məkanın yaratmaq funksiyasını həyata keçirə bilmişdir. Ən qədim dövrlərdə Altay və onun hüdüdlalarında dövlət və imperiyalar yaratmış və sarsılmaz dövlətçilik ənənələrini bugünə qədər davam etdirərək, zamanla onu təkmilləşdirərək türk superetnosuna mənsub dünya tarixindəki əzəmətli həyatını, möhtəşəm mədəniyyətini, ümumdünya proseslərinə istiqamət verməsini, bütövlükdə türk sivilizasiyasının etnokultroloji-etnossiyasi potensialını qoruyub saxlaya bilmişdir...
Cavanşir Feyziyevin qeyd etdiyi kimi türk qapalı millət olmayıb, o, həmişə kiminsə içində itmək qorxusundan min ağac uzaqda durub, kimisə içində yox etmək iddiasına düşməyib. Baxmayaraq ki, bu keyfiyyət başqa sivilizasiyalarda bu keyfiyyətdə olmayıb. Türk heç vaxt kiminsə pisliyininə uyub ədalət hissini itirərək kiməsə pislik yaparaq öz yaxşılığından heç vaxt uzaq düşməyib. Türk Şərqin üç böyük dilində-ərəb, fars, və türk dilində yazıb yaradaraq, Şərqin bütün mütərəqqi meyil və tendensiyalarını özündə birləşdirərək özünün hərbi-siyasi, mədəni-mənəvi qüdrətilə Avrasiyada öz döminat sivilizasiyasını şəkilləndirə bilmişdir. Türkün məqsəd və niyyətində, sözündə və əməlində Qərb və Şərq imperializminə məxsus istismar rejimi, məğlub etnos və mədəniyyətlərin kökünü kəsmək strategiyası, taktikası olmamışdır. Nə Göytürk, nə Moğul, Səlcuq, Atabəy, nə Osmanlı, Səfəvi imperiyalarında başqa xalqlara, millətlərə yuxarıdan aşağıya baxılmamışdır. Türk imperatorluq hərəkatının ziddiyyətli məqamları tarixdə ancaq özünə ziyan vurmuşdur, başqa xalqlara yox...
Feyziyev dünyada mövcud olan mədəniyyətlərin qarşılıqlı münasibətləri prosesində türk sivilizasiyasının qazandığı funksional keyfiyyətləri aşağıdakı kimi sərgiləyir: 1.təbiətin mədəniyyət düşüncəsində arxitipikləşməsi: təbiət - türklər üçün hər yer vətəndir. 2.Dilin inkişaf prosesində onun öz linqvistik "özəyini" və təkamül qanunlarını qoruması: qarşılıqlı sivilizasiya münasibətlərində türk dilinə nə qədər alınma söz daxil olsa da, bu kəmiyyət artımı onun struktur spesifikasını zədələmir, əksinə, bu dildə keyfiyyət göstəricisinə çevrilir. 3. Mifik dünyagörüşü türk sivilizasiyasının təşəkkül prosesində onun "poetik arxitekturasını" yaradır: türk epos mədəniyyətinin arxitipləri bədii-estetik inkişafın sonrakı mərhələlərində də yeni ifadə formalarında təzahür edir. 4. Xalq yaratdığı sivilizasiyanın bütün dövrlərində özünü dövlətinin ayrılmaz parçası kimi göstərir: Türk tarixində ulus-dövlət sintezi türk siyasi-mədəni özünütəşkilinin sinergetik qanunauyğunluğu kimi çıxış edir. 5.Türkün müasirləşməsi onun öz köklərindən ayrılmasına gətirib çıxarmır: ənənə və novatorluq birlikdə türk sivilizasiyasının həyat prinsipi olaraq özünü doğruldur. 6.Türk sivilizasiyası daim harmoniya yaradıcı başlanğıca can atır - həm öz daxilində, həm də başqa sivilizasiyalarla qarşılıqlı münasibətdə. Başqa mədəniyyətdən aldıqları ilə verdiklərini tarazılığı bu sivilizasiyanın daxili tarazlığını və müvazinətini qoruyur. 7. Türklər geniş Avrasiya məkanında dövlət və imperiyalar yaratsalar da və tarixən həmin siyasi quruluşlarda ayrı-ayrı milli mənsubiyyətlər formalaşa da, bu tarixi-etnik, siyasi-mədəni diferensasiya türk sivilizasiyasının nüvəsini dağıtmır. Türk sivilizasiyası tarixin bütün zamanlarında türk milli mədəniyyətlərinin birləşdirici bazası olaraq qalmış və həmin "cərəyanlardan" gələn enerji ilə daim güclənmiş, daim sarsılmaz təməllərə malik olmaq imkanları əldə etmişdir. Bu mənada türk dünyasının vəhdəti türk sivilizasiyasının vəhdəti və bölünməzliyi deməkdir...
Feyziyev haqlı olaraq bu qənaətə gəlir ki, rus və qərb fikir strateqləri Çingiz xan kimi fatehin portretini yalnış cızırlar. Onun Avrasiya tarixindəki gerçək rolunu bilərəkdən təhrif edirlər. Məsələ burasındadır ki, Avrasiyanın siyasi-mədəni tarixində monqollar yalnız 13-15-ci əsrlərdə ancaq türklərlə hərbi ittifaq yaratmaqla ön cinahda görünüblər. Bu dövürdə həm əvvəl, həm də sonra ta 19-cu əsrə qədər Avrasiya geopolitikasının və geosivilizasiyasının müəllifi ancaq türklər olublar.
Bu çoxbilmiş rus, qərb fiki adamları, nədənsə, Avrasiyanın sivilizasiya tarixində "monqol epizodun" görürlər, bütövlükdə türk epoxasını görmür və görmək istəmirlər. Göründüyü kimi, birinci minilliyin sonu, ikinci minilliyin əvvəllərindən türklərin Avrasiya boyunca şərqdən qərbə doğru hərəkatında monqollar hərbi birləşmələrin komponenti kimi iştirak ediblər. Dövrün tarixi faktlarının obyektiv şəkildə öyrənilməsi sübut edir ki, hətta Çingiz xan və onun varisi Teymurləngin dövründə də türk-monqol hərbi İttifaqının dominant etnosu və siyasi qurucusu türklər olublar. Onların məskunlaşdığı bütün ərazilərdə türk mədəni-siyasi sistemi qərarlaşıb. Xüsusilə Xəzərətrafı və Qara dəniz ətrafı bölgələrdə, Qafqazda, İran və Anadoluda məhz türklər həlledici mövqeyə yüksəliblər. Qeyd edilən ərazilərdə Monqol dilinin əsər-əlamət yoxdur. Burdakı mədəni sistemin təkamülündə monqol kompontinin izinə belə rast gəlmək mümkün deyil. Sonrakı tarixi dövrlərdə də Monqolustandan başqa Avrasiyanın bütün mərkəzi koordinatları yalnız türk superetnosunun, türk dili və türk sivilizasiyasının vətəni olub...
Feyziyev türk sivilizasiyasının islam sivilizasiyası ilə sintezinə dünya tarixinin ən maraqlı hadisələrindən biri kimi yanaşır. Feyziyevin istinad etdiyi qaynaqlara və özünün qənaətinə görə islamla bir addımlamağa başlayan türklər özləri kifayət qədər dini-sivilizasion dəyişikliyə uğradıqları qədər islam dünyasının demoqrafik, sosial, siyasi, iqtisadi və mədəni həyatını da yetərincə dəyişikliyə uğrada bilmiş və heyrət doğuran bir vüsətlə islam cəmiyyətlərinin mübariz avanqardına çevrilərək, bu məkanda mövcud olan, demək olar ki, bütün dövlətlərin idarəçiliyini əllərinə almışlar. Türklər müsəlmanlaşdığı qədər islam sivilizasiyasını türkləşdirmişlər. Artıq birinci minilliyin sonu-ikinci minilliyin əvvəllərindən "müsəlman dünyası" ilə "türk dünyası" orqanikləşmə prosesini yaşamış və bu prosesdə türk siyasi iradəsi və islam sivilizasiyasının vəhdəti əsasında müsəlman şərqinin yeni simbioz sivilizasiya növü həyata vəsiqə almışdır. Nəticədə, türk islam sivilizasiyasının avanqard etnosuna, islam sivilizasiyası isə dünyanın avanqard sivilizasiyasına çevrilmişdir...
Göründüyü kimi, Avrasiya məkanında türkün iradəsindən və taleyindən kənarda heç bir kardinal hadisə baş verməmişdir. Hələ də bu məkanda Türkün superetnosun enerjisi yayılmaqda davam edir. Və yenidən türk birliyi ideyası sözdən əmələ çevrilir...
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
Sosial
gundem / Siyasət
gundem / Sosial / Təhsil






