Milli Məclisin deputatı Fatma Yıldırım 15 May – Beynəlxalq Ailə Günü münasibətilə paylaşım edib.
Deputat bildirib ki, ailə cəmiyyətin mənəvi dayağı, milli dəyərlərimizin qoruyucusu və gələcəyimizin formalaşdığı ən müqəddəs mühitdir. O qeyd edib ki, Azərbaycan xalqı tarix boyu ailəyə xüsusi həssaslıqla yanaşıb, ailə bağlarını milli kimliyimizin əsas sütunlarından biri kimi qoruyub yaşadıb.
Fatma Yıldırım vurğulayıb ki, böyüyə hörmət, valideynə ehtiram, övlad məsuliyyəti və qarşılıqlı qayğı Azərbaycan ailə modelinin əsasını təşkil edir. Onun sözlərinə görə, bu gün də güclü dövlətin və sağlam cəmiyyətin təməlində möhkəm ailə dayanır:
“Ailə yalnız bir evin daxilində qurulan münasibət deyil, bütöv bir xalqın mənəviyyatını formalaşdıran dəyər məktəbidir. Ulu öndər Heydər Əliyev hər zaman ailəni dövlətin əsas sütunu kimi qiymətləndirib və milli-mənəvi dəyərlərin qorunmasını vacib istiqamət kimi önə çəkib. Bu siyasət bu gün də uğurla davam etdirilir”.
Deputat müasir dövrdə ailə institutunu narahat edən məqamlara da toxunub. O bildirib ki, sosial şəbəkələrin həyatımıza həddindən artıq təsiri, ailədaxili ünsiyyətin zəifləməsi, mənəvi bağların əvvəlki gücünü itirməsi və bəzi gənclərin ailə məsuliyyətinə hazırlıqsız yanaşması cəmiyyət üçün ciddi çağırışlar yaradır.
Fatma Yıldırım hesab edir ki, ailə dəyərlərinin qorunması üçün maarifləndirmə işləri daha da gücləndirilməli, gənclərə ailənin müqəddəsliyi, valideyn məsuliyyəti və milli ənənələrin əhəmiyyəti geniş şəkildə aşılanmalıdır.
Deputat sonda Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələrə sevgi, birlik, sağlamlıq və bərəkət arzulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət / Şou-Biznes
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / maraqli / Siyasət
gundem / Siyasət


