Azərbayanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar region üçün böyük perspektivlər vəd edir. İlk növbədə, bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün imkanlar yaranıb. Azərbaycanla Ermənistan arasında Vaşinqton razılaşmalarından sonra davam edən faktiki sülh mühiti qarşıda dayanan hədəflərə çatmaq üçün vacib göstəricidir.
Vaşinqton görüşündən sonra Azərbaycan öz ərazisindən keçməklə Ermənistana malların daşınmasına icazə verib, iki ölkə arasında ixrac-idxal münasibətləri yaranıb. Davamlı sülh isə bu imkanları daha da genişləndirəcək. Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin formalaşması üçün isə dövlətlərin həqiqi müstəqil siyasət yürütməsi əsas şərtlərdən biridir. Tarix göstərir ki, Ermənistan uzun illər boyu öz siyasi qərarlarını xarici güclərin təsiri altında formalaşdırıb və bu səbəbdən regionda etibarlı tərəfdaş obrazı yarada bilməyib. Vaxtilə Rusiyanın hərbi-siyasi təsir dairəsində fəaliyyət göstərən Ermənistan bu gün də başqa mərkəzlərin, xüsusilə Fransanın siyasi dəstəyinə arxalanaraq mövcudluğunu qorumağa çalışır. Bu isə ölkənin öz milli maraqlarına söykənən müstəqil strateji xətt formalaşdıra bilmədiyini göstərir.
Azərbaycan Cənubi Qafqazı qlobal dünyanın aparıcı aktoruna çevirməkdədir. İmzalanacaq sülh Ermənistan üçün iqtisadi dividentlərlə yanaşı, həm də siyasi dividentlər də verəcək. Təəssüf ki, Ermənistan indiki halda yenə Qərblə Rusiya arasında dərinləşən rəqabətin ucuz predmeti kimi istifadə olunur. Ermənistan tarix boyu böyük güclərin təsiri altında yaşayıb - uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas forpostu kimi çıxış edib. Nəticədə ölkə həm iqtisadi inkişaf baxımından geri qalıb, həm də regionun əsas layihələrindən kənarda qalıb. İndiki halda yenə də mənzərə dəyişmir. Bu dəfə Fransa Ermənistan üçün yeni “siyasi himayədar” rolunda çıxış edir. İrəvan yenə də hansısa böyük gücün geosiyasi alətinə çevrilir. Sadəcə, əvvəlki forpostun adı Rusiya idisə, indi bu rolu Qərb və Fransa oynamağa çalışır. Fransa isə heç bir zaman səmimi şəkildə dəstək verən bir dövlət kimi çıxış etməyib. “Tarix sübut edir ki, Paris özünün neokolonialist siyasətini daim ön planda saxlayır. Özünü “demokratiyanın beşiyi” hesab edən Fransada insan hüquq və azadlıqlarına münasibət, “müttəfiq” saydığı kiçik dövlətlərlə əlaqələr fərqli standartlara əsaslanır. Bunun ən real təsdiqi bir neçə gün öncə BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanakidə (Yeni Kaledoniya) Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və seçici korpusunun dəyişdirilməsi cəhdləri ilə bağlı Fransaya ünvanladığı xəbərdarlıqdır. Yeri gəlmişkən, Fransa neokolonializminin ifşasında mühüm yerə malik olan Bakı Təşəbbüs Qrupu bu xəbərdarlığı alqışlayıb və Fransadan komitənin çağırışlarına dərhal əməl etməyi tələb edib. Bu faktın özü də rəsmi Parisin nekolonialist siyasətə üstünlük verməklə bəşəri dəyərləri deqradasiyaya uğratdığının göstəricisidir. Fransa adını ötən dövrün tarixinə yalnız qanlı və qara hərflərlə yazdırıb - həyata keçirdiyi soyqırımları, insanların vəhşicəsinə qətlə yetirilməsi faktları, milyonlarla insanın kölələşdirilməsi kimi saysız-hesabsız məqamlar, müttəfiqlik adı altında sömürücüklə məşğul olmaq rəsmi Parisin tarixdən silə bilməyəcəyi məqamlardır. Bu siyasət yenə də davam edir. Yəni, planlar və görüntü dəyişsə də, əsl məqsəd dəyişmir. Paris Ermənistanı da öz orbitinə daxil etməklə bu ölkədən də öz məqsədləri üçün istifadə etməyə çalışır. Paris Ermənistanı dəstəkləmək adı altında Cənubi Qafqazda sülhə mane olmağa cəhd göstərir. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə də bildirib ki, nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur.”
Azərbaycan regionda yeni əməkdaşlıq və inkişaf modelini təklif edən tərəf kimi çıxış edir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər Ermənistan üçün də müstəqil və təhlükəsiz gələcək qurmaq imkanı yaradır. Lakin Ermənistan rəhbərliyi bu tarixi fürsəti qiymətləndirmək əvəzinə, yenidən xarici qüvvələrin siyasi himayəsinə sığınmağa üstünlük verir. Nəticədə, ölkə regionun inkişaf edən layihələrinin bir hissəsinə çevrilmək əvəzinə, böyük güclərin geosiyasi maraqları arasında forpost rolunda qalır.
Pərvin Kərimzadə,
Milli Məclisin deputatı
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial
gundem / Siyasət






