backend

Zaur Şükürov:Prezident İlham Əliyevin Zəngilana səfəri Böyük Qayıdışın gücünü göstərdi

Prezident İlham Əliyevin 10 may tarixində Zəngilan rayonuna səfəri və burada yaşayış kompleksinin açılışını etməsi, Azərbaycanın işğaldan azad edilmiş bölgələrimizdə post-münaqişə dövründəki bərpa-quruculuq prosesinin və Böyük Qayıdış proqramının praktiki icrasınınmühüm mərhələlərindən biridir. Bu səfər, xüsusilə də Prezidenin çıxışı zamanı səsləndirdiyi fikirlərhəm daxili auditoriya, həm də beynəlxalq birlik üçün bir neçə mühüm mesajı ehtiva edir.

Bunu Qaynarxett.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Əgər əvvəlki mərhələlər infrastrukturun qurulması, minalardan təmizləmə və "Ağıllı kənd" (Ağalı) layihəsi ilə xarakterizə olunurdusa, artıq mərkəzi şəhərlərin məskunlaşdırılması dövrü başlayır. Buisə, işğaldan azad edilmiş ərazilərimizin artıq tam şəkildə mülki həyata inteqrasiya olunduğunu göstərir.
Dövlət başçısının “hər qarış torpaq Azərbaycan xalqına məxsusdur” mesajı regionda yeni geosiyasi reallığın sarsılmazlığını ifadə edir. Həmçinin bu bəyanat ərazi bütövlüyümüz və suverenliyimiz bərpa və təmin edildikdən sonraAzərbaycanın öz əraziləri üzərində tam və qəti nəzarəti həyata keçirməsi, Ali Baş Komandanımızın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların dünya miqyasında qəbul vətəsdiqi, Ermənistandakı müəyyən dairələrin ərazi iddialarının və revanşist planlarının heç bir perspektivinin olmadığı və regionun gələcək taleyinin yalnız Azərbaycanın milli maraqları çərçivəsində həll ediləcəyini vurğulayır.
Zəngilan gələcəyi yalnız yaşayış məntəqəsi kimi deyil, həm də strateji nəqliyyat habı kimi planlaşdırılır. Belə ki, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, rayonun Şərq-Qərbbeynəlxalq nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi üzərində yerləşməsi bu rayonun beynəlxalq yük və sərnişin daşımalarında mühüm tranzit nöqtə kimi əhəmiyyətini daha da artırır.
Xüsusilə qeyd edilməlidir ki, yeni inşa olunan yaşayış kompleksləri sakinlərin rifahını yüksək səviyyədə təmin etmək üçün “Ağıllı şəhər” konseptinə əsaslanır. Müasir mənzillər, yaşıl enerji həlləri, geniş parklar və sosial obyektlər (məktəb, xəstəxana, iş yerləri) sakinlərin yalnız məskunlaşmasını deyil, həm də yüksək həyat standartlarına sahib olmasını hədəfləyir. Bu, insanların yalnız öz doğma yurdlarına qayıdışı deyil, həm də onların dayanıqlı məşğulluqla təmin edilməsi deməkdir.
Vurğulanmalı olan vacib məqamlardan biri də Prezident İlham Əliyevin mənzillərin açarlarını sakinlərə şəxsən təqdim etməsidir - bu həm mənəvi, həm də siyasi baxımdan dərin məna daşıyır. Mənəvi mesaj-dövlətin hər bir vətəndaşın yanında olduğunu və uzun illərin torpaq həsrətininbitməsində dövlət-xalq birliyinin rolunu simvolizə edir. Siyasi mesaj - dövlət başçısının icra edilən layihələrə şəxsən nəzarət etdiyini və verdiyi vədlərin ("biz qayıdacağıq!") ardıcıl şəkildə yerinə yetirildiyini nümayiş etdirir.
Nəhayət, Prezident İlham Əliyevin Zəngilana bu səfəri Azərbaycanın gücünün, quruculuq əzminin və tarixi ədaləti bərpa etməsinin növbəti təntənəsidir.