Milli Məclisin deputatı Fatma Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin doğum günündə Zəngilan şəhərində yeni yaşayış kompleksinə köçən ailələrlə görüşünü yüksək qiymətləndirib. Deputat paylaşımında bildirib ki, bu görüş həm böyük mənəvi məna daşıyır, həm də Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlərin real təzahürüdür.
Fatma Yıldırım vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və vaxtilə əlçatmaz görünən hədəflər artıq gerçəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycan xalqı son illərdə güclü siyasi iradəyə, müasir orduya və milli birliyə söykənən qalib dövlət formalaşdırıb.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin tam bərpası regionda yeni siyasi reallıqlar yaradıb. O bildirib ki, bu uğurların əsasında Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalq-iqtidar birliyi dayanır.
Paylaşımda Prezidentin çıxışında ATƏT-in Minsk qrupu ilə bağlı səsləndirdiyi fikirlərə də toxunulub. Fatma Yıldırım qeyd edib ki, illərlə nəticəsiz qalan danışıqlar Azərbaycanın haqq mövqeyini təmin etmədi və ölkə öz gücü hesabına beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi.
Deputatın fikrincə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın inkişaf modeli və strateji baxışını nümayiş etdirir. Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin bölgənin gələcək inkişafında mühüm rol oynadığı vurğulanıb. O qeyd edib ki, Ağalı kəndi artıq Böyük Qayıdışın simvoluna çevrilib.
Fatma Yıldırım sonda bildirib ki, Azərbaycanın qazandığı Zəfər milli ruhun, siyasi qətiyyətin və tarixi ədalətin təntənəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da regionda sabitliyin və inkişafın əsas təminatçısı kimi mövqeyini daha da gücləndirəcək.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



