Razi Nurullayev Milli Məclisin plenar iclasında hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyalarla bağlı çıxış edib. Deputat bildirib ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif platformalarda xüsusilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ətrafında aparılan müzakirələr ciddi narahatlıq doğurur və dövlət institutlarının məqsədli şəkildə gözdən salınması cəmiyyət üçün təhlükəli nəticələr yarada bilər.
Razi Nurullayev vurğulayıb ki, hüquq-mühafizə sisteminə qarşı aparılan kampaniyalar təkcə bir qurumu deyil, bütövlükdə dövlətçiliyi, ictimai sabitliyi və milli təhlükəsizliyi hədəf alır. Onun sözlərinə görə, dünya təcrübəsində bir çox hallarda xaos və inqilabi proseslər məhz dövlət institutlarına inamın sistemli şəkildə sarsıdılması ilə başlayıb.
Deputat qeyd edib ki, problemlər bütün ölkələrdə mövcuddur və hüquq-mühafizə orqanlarında da nöqsanlar ola bilər. Lakin əsas məsələ həmin problemlərin necə müzakirə olunması və həll edilməsidir. O bildirib ki, emosional çağırışlarla cəmiyyətlə dövlət arasında uçurum yaratmaq yox, məsələləri hüquqi çərçivədə və institusional mexanizmlərlə həll etmək vacibdir.
Razi Nurullayev sosial şəbəkələrdə bəzi hadisələrin hüquqi qiymət verilmədən emosional formada təqdim edilməsinin cəmiyyətdə aqressiyanı artırdığını və dövlət institutlarına etimadı zədələdiyini deyib. Deputatın fikrincə, dövlət idarəçiliyi küçə emosiyası ilə deyil, hüquqi mexanizmlərlə həyata keçirilməlidir.
Millət vəkili əlavə edib ki, tənqid dağıdıcı deyil, düzəldici xarakter daşımalıdır. O vurğulayıb ki, qanunu pozan əməkdaşlarla bağlı daxili nəzarət mexanizmləri, məhkəmələr və prokurorluq orqanları fəaliyyət göstərir, lakin ayrı-ayrı hadisələrə görə bütöv sistemi ittiham etmək doğru deyil.
Çıxışının sonunda Razi Nurullayev cəmiyyətin bütün təbəqələrini — siyasətçiləri, media nümayəndələrini, ictimai fəalları və sosial şəbəkə istifadəçilərini daha məsuliyyətli davranmağa çağırıb. Deputat bildirib ki, dövlət institutlarını zəiflətmək radikalizmə, xaosa və xarici təsirlərin güclənməsinə şərait yarada bilər.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
---
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
gundem / Siyasət





