Tədbirdə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov da iştirak edib. Deputat seçildiyi Yasamal rayonu 17-ci seçki dairəsinin sakinləri ilə birlikdə tamaşanı izləyib.
“Qarabağnamə” tamaşasında Azərbaycanın tarixi, Qarabağın milli-mənəvi dəyərlərimizdəki yeri və xalqımızın mübarizə ruhu səhnə dili ilə tamaşaçılara təqdim olunub. Tamaşa iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Tamaşadan sonra deputat Göydəniz Qəhrəmanov teatrın yaradıcı heyəti və tanınmış sənətkarlarla görüş keçirib, onların Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Sonda xatirə şəkilləri çəkdirilib.



