Dünyada ərzaq qiymətlərinin sürətlə artması artıq yalnız iqtisadi proses kimi deyil, geosiyasi gərginliklərin birbaşa nəticəsi kimi qiymətləndirilir. Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr və İran–İsrail–ABŞ xəttindəki qarşıdurma ehtimalları qlobal iqtisadiyyata ciddi təsir göstərir.
Deputat qeyd edib ki, dünya neft tədarükünün mühüm hissəsinin məhz Hörmüz boğazından keçməsi enerji bazarını son dərəcə həssas vəziyyətə gətirir. Onun sözlərinə görə, neft qiymətlərinin artması kənd təsərrüfatı və logistika xərclərini yüksəldir, nəticədə isə ərzaq məhsullarının qiymətində bahalaşma qaçılmaz olur.
Razi Nurullayev vurğulayıb ki, müharibə və regional gərginliklər qlobal tədarük zəncirlərini pozur, daşımaları çətinləşdirir və xüsusilə idxaldan asılı olan ölkələr üçün əlavə risklər yaradır. Deputatın fikrincə, bu şəraitdə dövlətlərin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır.
Paylaşımda Azərbaycanın bu istiqamətdə atdığı addımlara da toxunulub. Bildirilib ki, ölkədə kənd təsərrüfatının modernləşdirilməsi, aqroparkların yaradılması, suvarma sistemlərinin yenilənməsi və daxili istehsalın artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Deputat hesab edir ki, bu tədbirlər gələcəkdə qlobal iqtisadi şokların təsirlərini minimuma endirməyə imkan verəcək.
Razi Nurullayev eyni zamanda aidiyyəti qurumları daha çevik və məsuliyyətli fəaliyyət göstərməyə çağırıb. O bildirib ki, mövcud siyasi iradə və imkanlar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün kifayətdir və əsas məsələ qərarların effektiv icrasıdır.
Deputat sonda vurğulayıb ki, ərzaq təhlükəsizliyi yalnız hökumətin deyil, bütün cəmiyyətin ümumi məsuliyyətidir və bu istiqamətdə dövlət, özəl sektor və fermerlər birgə fəaliyyət göstərməlidir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Sosial / Iqtisadiyyat




