backend

Fatma Yıldırım: “WUF13 Azərbaycanın dayanıqlı inkişaf gündəliyində artan rolunu göstərir”

Milli Məclisin deputatı Fatma Yıldırım mayın 15-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Şəhərlərdə dayanıqlı həyat tərzinin və ictimai iştirakın formalaşmasında ekoloji maarifləndirmənin rolu” mövzusunda tədbirdə iştirak edib.

Deputat bildirib ki, WUF13 kimi mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunun bariz göstəricisidir. Onun sözlərinə görə, son illərdə ölkəmizdə uğurla təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Fatma Yıldırım qeyd edib ki, belə platformalar ekoloji maarifləndirmənin genişləndirilməsi, ictimai iştirakın artırılması və xüsusilə gənclərin proseslərə fəal şəkildə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat vurğulayıb ki, dayanıqlı gələcəyin qurulması üçün dövlət, cəmiyyət və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın davam etdirilməsi vacibdir.