backend

5-ci - yubiley “Fərqli Fərdlər” konqresinin qəhrəmanı - Tamerlan Quliyev

Məlum oldugu kimi martın 11-də Heydər Əliyev Mərkəzində “Bir ömür yolu” şüarı altında keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 5-ci - yubiley “Fərqli Fərdlər” konqresi keçirilib.

Artıq ənənəyə çevrilmiş konqresin bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 5 illik yubileyi qeyd olunub.

Konqresin əsas məqsədi və başlıca hədəfi ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə həmin şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

Konqresin açılış mərasimində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova layihə üçün xüsusi olaraq yazılmış “Fərqli Fərdlər” himnini ifa ediblər.

3 bölmə və panel müzakirələrlə işini davam etdirən konqresdə geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və digər ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edib. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri ilə seçilənlər də olub.

“Bir ömür yolu” şüarı altında keçirilən xüsusi qayğıya ehtiyacı olan insanlar üçün 5-ci - yubiley “Fərqli Fərdlər” konqresi həm də ölkəmiz üçün əlamətdar ilə təsadüf edir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Ümummilli Lider uşaqlara daim böyük diqqət və qayğı göstərib. Ulu Öndərin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” kəlamı uşaqlara olan dövlət qayğısının və sevginin bariz nümunəsidir. Heydər Əliyevin təməlini qoyduğu dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

BİA.az konqresin qəhrəmanlarından birini oxuculara təqdim edir. Qəhrəmanımız 15 yaşlı autizm spektr pozuntusu olan yeniyetmə Tamerlan Quliyevdir.

Xeberci.info