Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün BMT-nin Məskunlaşma Proqramının – UN-Habitat icraçı direktoru Anaklaudia Rossbax ilə görüş keçirib. Görüş Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və müasir urbanizasiya siyasətinin beynəlxalq səviyyədə yüksək etimad qazandığını bir daha nümayiş etdirib.
Millət vəkili Fatma Yıldırım bununla bağlı paylaşımında bildirib ki, qəbul Azərbaycanın qlobal şəhərsalma gündəliyində artan rolunun və təşəbbüslərinin beynəlxalq təşkilatlar tərəfindən xüsusi maraqla izlənilməsinin göstəricisidir.
Deputatın sözlərinə görə, görüş çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında “Ümumdünya Şəhərsalma Forumu – WUF13 Bakı çərçivəsində əməkdaşlığa dair Niyyət Məktubu”nun imzalanması xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, sənəd Bakı şəhərinin WUF13 prosesində beynəlxalq tərəfdaşlıq platformasına çevrilməsini, dayanıqlı şəhərsalma sahəsində qabaqcıl təcrübələrin paylaşılmasını, innovativ urbanizasiya modellərinin təşviqini və gələcəyin şəhərlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Fatma Yıldırım vurğulayıb ki, bu əməkdaşlıq xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələrinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları artıq dünya miqyasında maraq doğuran inkişaf modeli kimi qiymətləndirilir.
O, həmçinin xatırladıb ki, ötən ilin 15 oktyabr tarixində Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu zamanı Anaklaudia Rossbax ilə görüşdə də bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmin görüşdə Azərbaycanın şəhərsalma sahəsində ortaya qoyduğu müasir yanaşmalar və milli-mədəni irsin qorunması ilə dayanıqlı inkişaf prinsiplərinin uzlaşdırılması xüsusi qeyd olunub.
Deputat bildirib ki, bu gün imzalanan sənəd və keçirilən görüş Azərbaycanın beynəlxalq şəhərsalma əməkdaşlığında yeni mərhələyə qədəm qoyduğunu göstərir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət




