Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edərkən səsləndirdiyi fikirlər Azərbaycan-Dağıstan münasibətlərinin mahiyyətini, tarixi köklərini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Bu fikirləri şərh edən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Azərbaycan ilə Dağıstan arasında münasibətlər təkcə coğrafi yaxınlıqla deyil, ortaq tarix, qohumluq bağları, qarşılıqlı etimad və ortaq gələcək vizyonu ilə formalaşıb.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir” fikri regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Qafqazın davamlı inkişafı və təhlükəsizliyi xalqlar arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsindən keçir və Azərbaycan bu istiqamətdə hər zaman konstruktiv mövqe nümayiş etdirib.
Sahib Alıyev vurğulayıb ki, bu gün Qafqazda həyata keçirilən ən mühüm iqtisadi, nəqliyyat və enerji layihələrinin mərkəzində Azərbaycan dayanır. Bu isə ölkəmizin yalnız iqtisadi potensialından deyil, həm də uzaqgörən dövlət siyasətindən və regional əməkdaşlıq baxışından qaynaqlanır.
Deputat Prezident İlham Əliyevin babası, görkəmli dövlət və ictimai xadim Əziz Əliyev haqqında səsləndirdiyi fikirlərin də tarixi həqiqətləri əks etdirdiyini bildirib. Onun sözlərinə görə, Böyük Vətən müharibəsi illərində Dağıstana rəhbərlik edən Əziz Əliyev respublikanın inkişafına mühüm töhfələr verməklə yanaşı, Dağıstan xalqlarının repressiya və deportasiya təhlükəsindən qorunması istiqamətində də böyük xidmətlər göstərib. Bu səbəbdən onun adı bu gün də Dağıstanda hörmət və ehtiramla yad edilir.
Sahib Alıyev həmçinin xatırladıb ki, Azərbaycan ilə Dağıstan arasında tarixi yaxınlığın mühüm nümunələrindən biri də 1923-cü ildə Dağıstan rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan dilinin respublikanın dövlət dili elan olunması olub. Bu qərar xalqlarımız arasında qarşılıqlı hörmətin, etimadın və mədəni yaxınlığın parlaq təzahürü kimi tarixə düşüb.
Deputatın fikrincə, bütün bu tarixi faktlar Azərbaycan və Dağıstan xalqları arasında münasibətlərin təsadüfi deyil, dərin köklərə söykəndiyini göstərir. Bu gün də həmin qardaşlıq münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanaraq inkişaf edir və regionun sabitliyi ilə tərəqqisinə mühüm töhfə verir.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət



