Milli Məclisin deputatı Razi Nurullayev Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə – King Charles IIIın rəsmi doğum günü münasibətilə keçirilən qəbulda iştirak edib.
Deputat tədbirlə bağlı paylaşımında bildirib ki, bu cür görüşlər təkcə diplomatik etiket xarakteri daşımır, eyni zamanda dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və dialoqun dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Razi Nurullayev qeyd edib ki, qəbul zamanı müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılıb, maraqlı müzakirələr keçirilib və iştirakçılar arasında səmimi ünsiyyət mühiti formalaşıb. Deputatın sözlərinə görə, qarşılıqlı hörmət və konstruktiv dialoq tədbirin yadda qalan əsas məqamları olub.
Tədbir Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verən mühüm platformalardan biri kimi dəyərləndirilib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət


