backend

Pərvin Kərimzadə Şuşada keçirilən beynəlxalq konfransda iştirak edib

Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfransda Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, regional əməkdaşlığın genişləndirilməsi, qlobal təhlükəsizlik çağırışları və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirdə müxtəlif ölkələrdən olan siyasətçilər, ekspertlər və ictimai-siyasi xadimlər iştirak edərək bölgədə sülh quruculuğu prosesinin əhəmiyyətini vurğulayıblar.

Deputat Pərvin Kərimzadə bildirib ki, Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri regionda sabitliyin möhkəmləndirilməsinə, dövlətlər arasında etimadın artırılmasına və əməkdaşlığın inkişafına mühüm töhfə verir. O, Şuşada təşkil olunan belə beynəlxalq tədbirlərin ölkəmizin regional və qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrildiyini qeyd edib.

Qeyd edək ki, beynəlxalq konfrans iştirakçılar arasında səmərəli müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə yadda qalıb.