Konfransda Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması, dövlətlərarası əməkdaşlığın inkişafı, regional sabitliyin möhkəmləndirilməsi və qlobal təhlükəsizliyə töhfə verən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Deputat Sevinc Hüseynova bildirib ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət regionda davamlı sülhün və əməkdaşlığın qurulmasına mühüm töhfə verir. O, Şuşada təşkil olunan beynəlxalq konfransın müxtəlif ölkələrdən olan iştirakçılar arasında dialoqun genişlənməsinə və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət etdiyini vurğulayıb.
Qeyd edək ki, beynəlxalq konfransda müxtəlif ölkələrdən olan siyasətçilər, ekspertlər, elm adamları və ictimai xadimlər iştirak edərək regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.








