backend

"Behrut" tikinti materialları satılan şirkətin rəsmisi: "Gedin nə istəyirsiniz edin!"


Bakının Ziya Bünyadov prospektində "Behrut" tikinti materialları satılan şirkətin yanindan keçəndə Möhtərəm Rrezidentin "Bayraq bizim qürur mənbəyimizdir" sözü yadıma düşdü. Cünkü şirkətin binasından acılan ücrəngli bayragmız cırıq-cırıq, baxımsız halda idi. Mən şirkətə daxil olub rəhbərlikdən kiminləsə görüşmək istədiyimi bildirdim. İlham adli şəxs bizimlə görüşdü və mən ona iradımı bildirib, bayragımıza hörmətlə yanaşmagı və onu yenisi ilə əvəz etməyi bildirdim. Bilmədim nə oldusa İlham müəllim birdən dəyişdi, əsəblə "Hə istəyirsiniz", dedi, "Bir tərəfdən icra hakimiyyəti, bezmişəm daha, gedin nə istəyirsiniz edin" deyə bizi otaqdan qovdu. Oradan cıxıb bayraq asılan yerə baxdıq, tez-tələsik cırıq-sökük bayragmız oradan yıgışdırılmışdı./Qaynarxett.az/