backend

Deputat Müşfiq Məmmədli Xızının Sitalçay və Giləzi qəsəbələrində vətəndaşlarla görüşdü

Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızı rayonunun Sitalçay və Giləzi qəsəbələrində növbəti vətəndaş qəbulu keçirib.

Görüş zamanı sakinlərin fərdi müraciətləri dinlənilib, onları narahat edən sosial, kommunal, məşğulluq və digər sahələrə aid məsələlər müzakirə olunub. Vətəndaşların qaldırdığı problemlərin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə müraciətlər aidiyyəti qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb.

Deputat Müşfiq Məmmədli vətəndaşlarla mütəmadi görüşlərin onların problemlərinin yerində öyrənilməsi və həllinə mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyə uyğun şəkildə həlli istiqamətində zəruri addımlar atılır.
Qəbul zamanı qaldırılan məsələlərin bir hissəsi yerində araşdırılıb, digər müraciətlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar və sorğular göndərilməsi qərara alınıb.